"Cavanılğımın qədrini bilmirəm. Səhərə qədər planlar qururam. Amma planlarımın heç birini görməyə əlim qalxmır. Günlərimin hədər keçməsi məni özümdən çıxarır".
Əvvəlcə ondan başlayaq ki, buna görə özünüzü günahlandırmaqdan əl çəkin. Bir problemi o vaxt müsbət məcraya gətirə bilərsiniz ki, onu qəbul edəsiz. Sadəcə, sakit olaraq qəbul edin əsas budur.
Təklif edirəm ki, plan cızmaq vərdişini də bir kənara qoyasız. Heç ümidsizləşmədən hər hansı işin qulpundan yapışın. Onu tez bitirmək haqqında düşünməyin, sadəcə, işinizi görün. Təkrar edərək ardıcıllıq vacib deyil. Bu hal tənbəllikdən də yarana bilir. Tənbəlliyi özünüzdən uzaqlaşdırmaq istəyirsinizsə, maraqlı bir xəyal köməyinizə gələcək. Sakit şəraitdə, rahat vəziyyətdə əyləşin. Bir neçə dəfə nəfəs-alıb verməklə bədəni "boşaltmağa" çalışın. İndi isə təsəvvür edin ki, yüksək bir dağa qalxırsız. Bu yolda isə sizə sevdiyiniz yoldaşlıq edir. Onu istənilən obrazda təsəvvür edə bilərsiniz. Əsas odur ki, ilk gördüyünüz obrazı, fiquru (bu, hətta adi duman da ola bilər) analiz etmədən onu qəbul edəsiz. Yolboyu yoldaşınızla söhbət edin, ona suallar verin. Ondan xoşluqla soruşmaq istədiyinizi söyləyə bilərsiniz. Budur, dağın zirvəsinə qalxdınız. Burdan hər şey olduqca füsunkar görünür. Təmiz havanı ciyərlərinizə çəkin. Siz yavaş-yavaş ətəyə enməlisiniz. Geri baxın, O sizinlədirmi? Siz enirsiniz, amma O getdikcə kiçilir. Dağın ətəyinə çatanda isə...o artıq yanınızda yoxdur.
Bunu istədiyiniz qədər təkrarlaya bilərsiniz. Başlıcası odur ki, yalnız işə mane olmasın. Bəzən heç nə etmədən, işləriniz yarımçıq qalsa belə vaxtınızı "boşuna keçirtməyə" özünüzə icazə verin. Hər şeyi siz idarə edirsiniz. Yadda saxlayın: problem vaxtınızın boş keçməsinə deyil, buna görə vicdan əzabı çəkməyinizdən yaranır".