Qadin.NET / Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?

Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?

 

1. Uzun gəzintilərə çıxın

Edilən araşdırmalar gəzməyin zehni boşaltmağa və rahatlamağa yardım etdiyi nəticəsinə gəlib. Bir çox insan çox stress altında olduğunda gəzməyi və qaçmağa üstünlük verir. Həmçinin bu uzun gəzintilər sırasında çiyinlərin aşağı olması da sizə psixoloji olaraq pis təsir edəcək. Buna görə çiyinlər geridə ola bildiyincə uzun gəzintilər psixologiyanıza müsbət istiqamətdə təsir edəcəkdir.

 

Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?

 

 

2. Hər şeyin şəkilini çəkməyin

Çox zaman xatirə olsun deyə ya da sosial hesabınızda paylaşmaq üçün yediyiniz yeməkdən gəzdiyiniz yola qədər hər şeyin şəklini çəkirsiniz. Amma psixoloji araşdırmalar göstərir ki, davamlı bir şeyin şəklini çəkdiyinizdə etdiyiniz zövq ala bilmir və anın dadını çıxartmaqdan çox şəklə diqqətinizi cəmləyirsiniz.

 

Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?

 

 

3. Məşq edin

Mütləq həftədə ən az 3 dəfə nizamlı məşq etməyə çalışın. University College Londonda edilən bir araşdırmaya görə həftədə ən az 3 dəfə məşq edənlərin daha az depresiyaya girdikləri görünür. Depresiv insanların böyük çoxluğu isə nizamlı formada məşq etməyənlərdir.

 

Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?

 

 

4. Sonraya saxlamağı dayandırın

Etməli olduğunuz şeyləri sonraya saxladıqca beyniniz daha çox dolacaq və stressiniz artacaq. Bu səbəblə təlaşlanmağı və sonraya saxlamağı dayandırın. Həll edə biləcəyiniz şeyləri qorxularınıza görə sonraya saxlamaq sizə daha çox zərər verir.

 

Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?

 

 

5. Sizə zərər verən münasibətlərdən xilas olun

Davamlı sizi aşağı çəkən və kədərləndirən bir münasibətiniz varsa, davam etdirməyin. Bu mövzuda siz münasibətinizə kənardan baxa bilməsəniz belə güvəndiyiniz insanlara, ailənizə və dostlarınıza danışın. Əgər onlar da sizi kədərləndirən şeyin bu münasibət olduğunu düşünürlərsə, daha çox davam etdirməyin. 

 

Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?
 

6. Daha uzun yatın

Bədən funksiyalarınızın sağlam işləyə bilməsi üçün kifayət qədər yuxuya ehtiyacınız var. Buna görə yuxu müddətinizi artırın. 

 

Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?
 

 

 

7. Özünüzə zaman ağırın

Bir çox problem və iş sizi gözləyir ola bilər. Amma nizamlı aralıqlarla həyata ara verin. Bu işdən evə qayıdarkın evinizə qalan son 50 metrdə dayanıb ətrafı izləmək ola bilər. Yaxud da həftə sonu yatağınızda qalacağınız əlavə  bir neçə saatda ən sevdiyiniz kitabı oxumaq ya da ən sevdiyiniz filmi izləmək ola bilər. 

 

Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?

 

27 noyabr 2017
GO BACK