Qadin.NET / Həyatı məhv edən qaydalar

Həyatı məhv edən qaydalar

 

Həyatı məhv edən qaydalar

 

"Reallığı korlanmış süzgəcdən dəyərləndirmək- onu koqnitiv şəkildə korlamaq deməkdir", - deyə koqnitiv rəftar terapiyasının banisi Aron Bek bunu təsdiq edirdi. O belə hesab edirdi ki, məhz bu cür, yəni hadisələri və münasibətləri korlanmış şəkildə qəbul etmək neqativ fikirlər və hislər yaradır. Gəlin bu təhlükəli süzgəclərə dair bir neçə misal çəkək:

Ümumiləşdirmə: Müəyyən bir hadisədən qlobal şəkildə ümumi nəticə çıxarılır. Məsələn, mən imtahandan keçə bilmədimsə, deməli, o biri imtahanlardan da kəsiləcəyəm.

Ağ-qara düşüncə: Durum və davranışlar zərurətlərin birindən yarandığı kimi gözdən keçirilir və qiymətləndirilir: yaxşılıq və pislik, həmişə və ya heç vaxt, hamısı və ya heç birisi.

 

Həyatı məhv edən qaydalar

 

Təsadüfi nəticələr: Neqativ qərar yeganə əlçatan element əsasında əldə edilir. Məsələn, filankəs söz verdiyi halda mənə zəng vurmadı. Deməli, etibarsızın biridir, ya da mənim onun yanında bir dəyərim yoxdur.

Mənfiliyi artırmaq və müsbətliyi azaltmaq: Qənaətə gələn zaman yalnız pis şey qəbul edilir, pozitivlik isə aradan qaldırılır, ya da tamamilə rədd edilir. Məsələn, məzuniyyətim burnumdan gəldi (halbuki həftə ərzində yaxşı şeylər və ya heç olmasa neytral anlar az olmamışdır).

Şəxləndirmək: Bİzdən asılı olmayan baş verən hadisə və ya başqalarının davranışına görə məsuliyyət hissi keçirmək. Məsələn, qızım universitetə qəbul ola bilmədi. Bütün günahlar məndədir. Mən gərək ona daha çox vaxt ayırardım və möhkəm olardım.

Seçmə yolu ilə nəticə çıxarma: Diqqəti hadisənin yalnız mənfi tərəfinə pərçimləmək. Məsələn, müsahibə zamanı mən bircə dənə olsun suala cavab verə bilmədim, deməli, mən özümü natamam göstərdim və məni işə götürməyəcəklər.

 

Farid Abdullah

24 may 2017
GO BACK