Qadin.NET / Daxili sülh üçün sakitləşdirici texnikaları

Daxili sülh üçün sakitləşdirici texnikaları

 

 

Daxili sülh üçün sakitləşdirici texnikaları

 

в–¶ Sakitləşmə texnikaları

 

-Bir neçə nəfəs alma məşqini edin; Nə vaxt əsəbləşməyə başladığınızın fərqinə vardınız, hər şeyi dayandırın və dərin nəfəs almağa başlayın. Professional rahatlama texnikaları fikrinizi əsəbləşdiyinizdən çox başqa nəyəsə cəmləməyə kömək edəcək. Həmçinin dərindən nəfəs almaq qəzəb nəticəsində yaranan adrenalinin mənfi təsirinin qarşısını alacaq. Havanı burnunuzla içəri çəkin və ağzınızla xaricə çıxarın.

- Əsəbi olduğunuzu hiss etdiyiniz zaman, özünüzə müsbət təlqinlər edin. Hansının sizi daha çox sakitləşdirdiyini tapın. Bu texnika daha çox narahatlıq hallarında kömək edir.

 - Diqqətini bədənin fərqli nahiyələrinə cəmlə. Məsələn, qan təzyiqin boyunda, qollarda, alında axmasına fikir ver.

- Ən məşhur sakitləşmə texnikası 10-dan 1-ə kimi saymaqdır.

 

 

Daxili sülh üçün sakitləşdirici texnikaları

 


- Hal-hazırda dayandığın pozanı dəyiş. Bu beyninə reaksiya verməmək üçün siqnal göndərəcək.

- Tam fərqli nəsnə haqqında düşünməyə cəhd et və bununla da diqqətini başqa yerə vermiş olacaqsan.

- Boyunu, qolları dartan idmanlar etməyə cəhd edin. Ovuclarınızın içini yerə çatdırın. Bu məşqlər qəzəbi idarə etməyə kömək edir.

 

в–¶ Təşvişi idarə etmək üçün texnikalar


Təəssüf olsun ki, panik atak və təşviş halı cəmiyyət içində geniş yayılıb. Bu hal çoxuna sarsıdıcı təsir göstərə bilir. Təşvişin öhdəsindən gəlmək üçün bir neçə yol var.

 

 

Daxili sülh üçün sakitləşdirici texnikaları

 

 

İdmanla məşğul olmaq

Gündəlik idmanla məşğul olmaq, endorfinin səviyyəsini qaldırmağa kömək edir. Həmçinin, daha tez sakitləşməyə və rahatlamağa kömək edir. Bədənin hərəkətdə olması əhvalı yaxşılaşdırır və qəzəbin qarşısını alır.

 

 

Daxili sülh üçün sakitləşdirici texnikaları

 

 

Meditasiya

Meditasiya stressi və təşvişi aradan qaldırır, beyini təmizləyir. Yoqa və tai-chi kimi meditasiya texnikalarını mənimsəmək insanlar üçün xeyirlidir. Meditasiya təşviş və narahatlığı cilovlayır və daxili sülh yaradır.

 

 

Daxili sülh üçün sakitləşdirici texnikaları

 

 

Hesabat aparın

Böyük şəkilə baxmağı öyrənin. Təşviş və narahatlıq mənə nə kimi ziyan vurur? Həyatımı idarə etməyə icazə verir? Bu sualları cavablandırmaq belə, narahatlığınızı qismən azaldacaq.

 

 

Daxili sülh üçün sakitləşdirici texnikaları

 

 

Yavaşla

Biz çox vaxt qaçırıq, özümüzə yaxşılaşmaq və sağalmaq üçün şərait yaratmırıq. Yavaşlayın və dincəlin. Özünüz üçün fasilələr etməyi öyrənin.

 

Mənbə: http://www.buzzle.com/articles/calming-techniques.html

4 may 2017
GO BACK