Qadin.NET / 6 üsulla depresiyadan xilas olun

6 üsulla depresiyadan xilas olun

 

 

6 üsulla depresiyadan  xilas olun

 

 

1. Dostlarınız ilə vaxt keçirin.

Problemləriniz yükünü tək daşımayın, dostlarınıza danışaraq rahatlaya bilərsiniz. Bir terapevt qədər olmasa da, dostlarınız sizə yeni fikir verəcəkdir. Ən bəsitindən bir qəhvə içməyə çıxsanız belə çox daha yaxşı hiss edəcəksiniz. Qüvvətli və sosial bağlantılarınızın olması, depresiyanın öhdəsindən gəlməkdə köməklik göstərəcəkdir.

 

 

 

6 üsulla depresiyadan  xilas olun

 

 

2. Təbiət qoynunda vaxt keçirin.

Evdən çıxmaq, günəşi hiss etmək və dərin bir nəfəs almaq ruhunuza çox xeyirli gələcəkdir. Bədəniniz günəş işığını D vitamini istehsal etmək üçün istifadə edir və bu şəkildə depresiyaya qalib gəlməyinizə kömək edir. Gözəl bir gəzintiyə çıxın və bir yerdə oturub mənzərənin dadını çıxarın.

 

 

6 üsulla depresiyadan  xilas olun

 

 

3. Heyvanlarla vaxt keçirin.

Əgər ev heyvanınız yoxdursa, bir sığınacaq məskənlərindən könüllü olaraq ev heyvanı götürə bilərsiniz. Bir pişiyin tüklərini daramaq və ya bir iti gəzintiyə çıxartmaq stressinizi azaldacaqdır. Bir heyvana baxmaq sizi məsuliyyət sahibi hiss etdirəcək və heyvanlar sahiblərinə qarşı sevgi bəsləyirlər.

 

 

6 üsulla depresiyadan  xilas olun

 

 

4. Sağlam qidalanın.

Depresiyanın öhdəsindən gəlməkdə başqa bir vacib qismi isə sağlam qidalanmadır. Ruhunuzu qidalandırmaq, ancaq bədənizi qidalandırmaqla olur. Çox insan yediklərinin, onların modunun dəyişdirdiklərinin fərqində olmurlar. Yediyiniz yeməklərdə B, C və D Vitaminlərinin olduğundan əmin olun.

 

 

6 üsulla depresiyadan  xilas olun

 

 

5. Canlanın və hərəkətə keçin.

Nizamlı məşqlər etmək, bədəninizin endorfin ifraz etməsini təmin edəcəkdir. Həyatınız fiziki fəaliyyətlərə yer açmaq üçün fitnesə yazılmağınıza ehtiyac yoxdur. Hərəkət halında olmaq çəkinizi qorumağınız və ya əzələniz üçün xeyirlidir.

 

 

6 üsulla depresiyadan  xilas olun

 

 

6. Hobbi tapın.

Canınız bir hobbi tapmaq istəmirsə, keçmişi düşünün və zövq aldığınız fəaliyyətlərdən istifadə edin. Əgər kitab oxumağı sevirsinizsə, bir kitab klubuna yazıla bilərsiniz. Bir kitab oxuyacaqsınız və insanlarla bunu müzakirə edəcəksiniz, bu sizi depresiyadan xilas edər.

 

 

18 aprel 2017
GO BACK