Qadin.NET / Situasiyalı depressiya: Klinik depressiyadan necə fərqləndirməli?

Situasiyalı depressiya: Klinik depressiyadan necə fərqləndirməli?

Situasiyalı depressiya: Klinik depressiyadan necə fərqləndirməli?

Hər kəs zaman-zaman özünü kədərli hiss edir. Bu normal insan emosiyalarından biridir. Lakin depressiya ciddi haldır. İnsan həyatının hər sahəsində insana təsir edə bilir. Situasiyalı və klinik depressiya oxşardır, lakin eyni deyil.

Situasiyalı depressiyanın və klinik depressiyanın simptomlarını bir-birindən ayıra bildikdən sonra, müvafiq həll yolu tapmaq olar. Situasiyalı depressiya tez-tez yarana bilər, problem danışıldıqda, problem müəyyən qədər həll olur. Əgər bərpa olunma baş verməsə, vəziyyət ağırlaşdıqca klinik depressiya inkişaf edə bilər. Klinik depressiyada olan şəxs gərək tibbi yardım alsın.

Situasiyalı depressiya nədir?

Situasiyalı depressiya yaxud adjustment (tənzimləmə) pozuntusu qısa müddətli depressiv əhvalla müşahidə olunur. Bu hal adətən travma sonrası yaxud şəxsin həyat tərzinin dəyişməsi nəticəsində meydana gəlir. Boşanma, işin itirilməsi, yaxın dostun ölümü, ciddi hadisə və digər hallar bu depresiyanın yaranmasına səbəb olur. Situasiyalı depressiyanın əsasında şəxsin yeni yaranan dəyişikliklərlə döyüşməsi dayanır. Şəxs yeni situasiyaların öhdəsindən gələrək, sağala bilər.

Simptomları aşağıdakılardır:

- Süstlük

- Ümidsizlik və kədər hiss etmək

- Çətin yuxu

- Tez-tez ağlamaq

- Narahatlıq və təşviş

- Diqqətin itməsi

- Ailə və dostların olduğu fəalliyyətlərdən qaçma

- İntihar düşüncələri

Klinik depressiya nədir?

Klinik depressiya situasiyalı depressiyadan fərqli olaraq daha şiddətli olur. Bu həmçinin major depressiya yaxud major depressiya pozuntusu kimi də tanınır. Günlük həyata kifayət qədər pis təsir edir.

Bu əhval pozuntuları təsnifatında olan pozuntulardan biridir. Bu həmçinin beyində yaranan kimyəvi dəyişiklikdən də qaynaqlana bilər.

Klinik depressiya irsi ola bilər. Həmçinin şəxsin həyatında frustrasiya, əsəb, narahatlıq yaradan hadisələrdən də qaynaqlana bilər.

Depressiya şəxsin düşüncəsini və bədənindəki işlək funksiyaları dəyişdirə bilər.

Klinik Depressiyanın Diaqnozu

Biz adətən Amerika Psixiatrik Assosiyası tərəfindən çap olunmuş “Diagnostic and Statistical Manual of Mental Disorder (DSM)” –yə əsasən diaqnoz qoyuruq.

Klinik depressiya diaqnozu qoyulan şəxsdə beş və daha çox simptom həftədə iki dəfə, hətta hər gün özünü göstərir. Simptomların şiddəti şəxsin qabiliyyətlərini kifayət qədər azaldır.

Digər əlamətlər və simptomlara daxildir:

- Depressiv əhval yaxud daimi qıcıqlanma halı

- Əhəmiyyətli dərəcədə maraq və hisslərin azalması, heç bir fəaliyyətdən zövq almamaq.

- Azalan yaxud artan iştaha

- Ciddi şəkildə çəki və ya güc itrilməsi

- İnsomnia (yuxu xəstəliyi) yaxud yuxu istəyinin artması

- Rahatsız və yavaşlayan davranışlar

- Yorğunluq yaxud enerji itirmək

- Özünü dəyərsiz və günahkar hiss etmək

- Ölüm və intiharla bağlı düşüncələr yaxud intihar cəhdləri

 

Situasiyalı depressiya: Klinik depressiyadan necə fərqləndirməli?

Situasiyalı Depressiyanın müalicəsi üçün rəylər.

Situasiyalı depressiya travmatik hadisəyə təbii cavabdır. Bu stresli situasiyanın və hadisənin öhdəsindən gəlmək üçün normal yoldur.

Yumşaq səviyyədə olan situasiyalı depressiyanın öhdəsindən şəxs öz bacarıqları ilə gələ bilər. Lakin depressiyanın effektini azaltması və yaxşı hiss etmək üçün bir neçə strategiyanı sizə təqdim edirik.

- Rejim quraraq, gündəlik məşqlərlə məşğul olmaq.

- Yaxşı tənzimlənmiş qidalanma pəhrizi

- Sevdiyin birinə problemin danışılması

- Dəstək qruplarına qoşulmaq

- Yeni hobbi yaxud boş zamanı dolduran fəaliyyətlər tapmaq

Əgər bunun öhdəsindən gəlməkdə çətinlik çəkirsinizsə, psixoterapevtə müraciət edin.

Ailə terapiyası da kömək edə bilər. Əgər ehtiyac olsa həkiminiz uyğun antideperasant yaxud təşviş əleyhinə dərmanlar yaza bilər.

Klinik depressiyanın müalicəsi üçün rəylər

Klinik depressiyanın müalicəsində psixoterapiyadan yaxud psixoloji konsultasiyadan və meditasiyadan istifadə olunur. Xüsusi hallarda şəxsdə depressiya şiddətli dərəcəyə çatanda, bunun öhdəsindən gəlmək mümkün olmayanda, xəstəni xəstəxanaya yerləşdirib, uyğun müalicə proqramı tətbiq olunur.

Tərcümə edən: Aidə Ustaclı

 

Mənbə linkdə: http://www.medicalnewstoday.com/articles/314698.php 

23 dekabr 2016
GO BACK