Kornell Universitetindən olan iki alimin, Castin Krüger və David Danninqin adlandırdığı təktərəfli qavrama meylidir.
1999-cu ildə ortaya atdıqları “Cəhalət, həqiqi məlumatın əksinə olaraq, fərdin özünə olan inamını artırır” nəzəriyyəsi ilə tanınan psixoloq Castin Krüger və David Danninq, 2000-ci ildə bu sahədə gördükləri işlərə görə Psixologiya üzrə Nobel Mükafatı aldılar.
Krüger və Danninq, fizioloji və zehni sahələrdə apardıqları müxtəlif təcrübələr nəticəsində bu fərziyyələrə çatdılar:
- Bacarıqları olmayan insanlar nə dərəcədə bacarıqsız olduqlarının fərqinə vara bilməzlər.
- Bacarıqsız insanlar bacarıqlarını şişirtməyə meyllidirlər.
- Bacarıqsız insanlar, həqiqi bacarığı olan insanların özəl keyfiyyətlərini görüb anlamaqda da acizdirlər.
- Əgər bacarıqları, müəyyən bir təhsil vasitəsiylə artırılsa, həmin bacarıqsız insanlar, bacarıqsızlıqlarının fərqinə varmağa başlayırlar.
-
1995-ci ildə 44 yaşlı Mcarthur Wheeler adlı şəxs, limon suyundan alınmış “qəribə” kimyəvi məhlulla bağlı çox dərin biliklərə sahib olduğunu iddia edərək, üzünə limon suyu sürtüb, üst-üstə 2 bankı soymaya cəhd etdi. Onun iddiasına görə, limon suyunun görünməz yazılar yazmaqda istifadə edilməsini təmin edən “sirli” kimyəvi qatqısı, onun özünü də “görünməz” edəcək və bankdakı kameralar onun üzünü qeyd etməyəcəkdi. O, bankları soya bilmişdi, ancaq təbii ki, kameralar problemsiz bir şəkildə onun üzünü qeyd etdi və elə həmin gün polis, Wheelerı asanlıqla tutdu.
Bu hadisə üzərində tədqiqat aparmağa başlayan Krüger və Danninq, Kornell Universitetindən müvəffəqiyyət ölçüləri fərqli olan 45 tələbə arasında test edib, onlara müxtəlif suallar verdilər. Sonra, tələbələrdən nəticələrin necə olacağına dair proqnozları soruşdular. Testin nəticəsində, nailiyyət səviyyəsi ən aşağı olan tələbələr, (yəni təkcə 10% və daha az düzgün cavab verənlər) testin 60%-ına doğru cavab verdiklərini, həmçinin yaxşı vəziyyətdə olsaydılar 70%-nə də nail olacaqlarına inandıqlarını söylədilər.
Müvəffəqiyyəti yüksək olan tələbələrin isə (yəni ən azı 90% doğru nəticə əldə edənlərin) ən təvazökar subyektlər olduğu, sualların 70 faizinə doğru cavab verdiklərini düşündükləri görüldü. Mövzuyla bağlı yazdıqları məqalədə Krüger və Danninq bunları ifadə etdilər:“Cahillərin, bacarıqsızların və qabiliyyətsizlərin ölçüsüzlükləri, özləriylə bağlı qavrayışlarındakı xətalardan; Yüksək bilik səviyyəsinə malik, bacarıqlı və qabiliyyətlilərin ölçüsüzlükləri isə, digər insanlarla bağlı qavrayışlarındakı xətalardan qaynaqlanır”.
Bu araşdırmadan sonra 2003, 2006 və 2008-ci illərdə digər mütəxəssislərin apardıqları araşdırmalar bu effekti təsdiqlədi və hətta cahil cəsarətiylə bağlı daha dərin detallar ortaya çıxarıldı. 2008-ci ildə Joyce Ehrlinger, bu effekti fərqli səbəblərə bağlamağa çalışan bir araşdırma apardı. O, birbaşa bu nəzəriyyəni hədəf alaraq, səbəbi haqqında gəlinən əvvəlki nəticəni çürütməyə çalışdı, ancaq araşdırmasının son nəticəsi yenə Danninq ilə Krügerin gəldiyi nəticə ilə tam olaraq üst-üstə düşdü.