Qadin.NET / "Bu insanın ixtiyarında deyil, amma..."

"Bu insanın ixtiyarında deyil, amma..."

"Bu insanın ixtiyarında deyil, amma..."

Stiven Frayın depressiyadan əziyyət çəkən qıza məktubu.

Stiven Fray – Böyük Britaniya yazıçısı, aktyor və əsasən, "Civs və Vuster", "Uayld", "Şerlok Holms" layihələrilə məşhurlaşan teleaparıcıdır. 
O, vətəndaş hüquqları müdafiəsindəki aktivliyi ilə də seçilir.

2006-cı ildə dərin depresiyyadan əziyyət çəkən Kristal Nan adlı qız öz kumirinə məktub yazır.

"Mən kimə müraciət edəcəyimi bilmirdim, amma ağrılarımı azaltmaq üçün kiminləsə danışmağa ehtiyac duyurdum. Mən Stiven Fraya yazdım, çünki o, mənim qəhrəmanımdır . Ona görə ki, onun da nə vaxtsa bənzər hallar yaşadığını bilirdim. Və budur – möcüzə! O, mənə cavab verdi. Həmişə onu buna görə sevəcəyəm".

Kristalın aldığı cavab onun həyatla olan münasibətlərinə o qədər təsir edir ki, gənc qız nəinki xroniki depressiyalarına qalib gəlir, eyni zamanda, karyera quraraq xeyli irəliləyiş də edir. O, bu yaxınlarda ictimailəşdirdiyi cavab məktubunu həmişə özüylə gəzdirdiyini deyir.

"Əzizim, Kristal. Çox təəssüf edirəm ki, hazırkı həyatınızda sevinc yoxdur. Bilmirəm, nəyə görəsə həyat qəddar olur; gözləntilərin doğrulması üçün ətrafında həmişə nəsə çatmır. Əmin deyiləm ki, həyatın dad və ətrini qaytarmaq üçün sizə məsləhət verə bilim.

Əlbəttə, bu, ən yaxşı təşviqlə edilə bilər, lakin bəzən hamının sevdiyi səni, əslində, özünün elə də sevməməyinin xəyalı dəhşətli dərəcədə əsəb gətirir.

Araşdırmama görə, bəzən həyatdakı əhval və münasibət havaya bəslənilən kimi düşünüləndə kömək edir.

Baxın, havaya aidiyyatı olan açıq-aydın faktlar bunlardır:

- O, həqiqətən, mövcuddur.

- Siz onu öz istəyinizə görə dəyişə bilməzsiniz.

- Əgər o, buludlu və yağışlıdırsa, deməli, elə buludlu və yağışlıdır və bununla heç nə etmək olmaz. 

"Bu insanın ixtiyarında deyil, amma..."

- Zəhlətökən, soyuq və yağışlı hava, çox ola bilsin, iki həftə davam edər.

Amma...

Nə vaxtsa yenə günəş çıxacaq.

Günəşi görünməyə məcbur etmək insanın ixtiyarında deyil, lakin o mütləq görünəcək...

Bir gözəl gün.

Düşünürəm ki, əhval və ruhi vəziyyətimizlə də eynisi baş verir. Onları illuziyalaşmış hesab etmək yanlışdır. Əhval-ruhiyyəmiz, həqiqətən, mövcuddur. Depressiya, həyəcan, apatiya - bunlar hava qədər realdır və çox vaxt özümüzdən asılı olmur. Burada heç kimin günahı da yoxdur.

Amma...

Bütün bunlar keçicidir. Ciddiyəm.

Havanı olduğu kimi qəbul etdiyimiz qədər dünyaya olan hiss və münasibətimizi də qəbul etməliyik. "Bu gün zibil gündür" – fikrinə kökləndiyimiz yanaşma tamamilə realdır. Məsələ xəyali çətiri tapmaq bacarığındadır.

Bilmirəm, bu mövzuda dahilərdən misal çəksəm, işinizə yarayarmı? Ola bilsin, yox - əgər belədirsə, bağışlayın, təəssüf edirəm. Mən sadəcə sizə bir neçə cümlə yazmaq və həyatınızın mənalı və sevincli olması üçün uğurlar arzulamaq istədim.

Ən xoş arzularla Stiven Fray".

Tərcümə: Səbuhi ŞAHMURSOY

10 iyun 2016
GO BACK