Qadin.NET / Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-1

Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-1

Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-1

"Borderline" şəxsiyyət dünyada çox geniş görülən bir şəxsiyyət təşkilatı olduğu halda, yaxın zamana qədər elmi ədəbiyyatda çox az yer alan və yenə ruh sağlamlığı işçiləri tərəfindən çox bilinmədiyi üçün də, elə də çox diaqnoz qoyulmayan bir şəxsiyət pozuqluğu növüdür. Ancaq son illərdə "Borderline" şəxsiyyət pozuqluğu və müalicəsi mövzusunda vacib təcrübələr aparılmış və sadəcə bu sahədə mütəxəssisləşən terapevtlər belə inkişaf etməyə başlamışdır.

Bəs bu "Borderline" şəxsiyyət pozuqluğu nədir? Ədəbiyyatda adı keçən əlamətlərini saymadan əvvəl dərk edilməsi asan olsun deyə, bir nümunə ilə mövzunu izah etməyə çalışaq. Borderline şəxsiyyət pozuqluğu olan fərdin ruh dünyasının ortadan ikiyə bölünmüş olduğunu fərz edək. Bu ruh dünyasının bir tərəfində Cənnət, bir tərəfində Cəhənnəm olsun. Fərdin mütəmadi olaraq bu Cənnət və Cəhənnəm arasında gedib-gəlməsi borderline şəxsiyyət pozuqluğunun təməl xususiyətidir. Bir gün görərsiniz dünyanın ən xoşbəxt insanıdır. Şeirlər yazan, təriflər söyləyən, ətrafa gülüş səpələyən, sevgi kəpənəyidir... Yəni Cənnətdir.

 

Ertəsi gün dünyanın ən bədbəxt insanıdır, tərk edilmişdir, intiharın eşiyinə gəlmişdir, inanılmaz dərəcədə nifrət və əsəblə doludur və bunu qarşısındakı birindən çıxar ... Yəni Cəhənnəmdir. Mütəmadi Cənnət və Cəhənnəm arasında gedib-gələrkən Cəhənnəmdə qalma müddətinin Cənnətdə qalma müddətindən daha çox olması vacib bir detaldır. "Borderline" şəxsiyyətin psixi quruluşu analiz edildiyində burada diqqət çəkən ən vacib xüsus “bölmə” adlı ən primitiv müdafiə mexanizmasının aktiv olmasıdır. Bölmə (Splitting): Bölmə primitiv müdafiə mexanizmalarının ən vacibidir. Fərdin şəxslik inkişafı və mənlik anlayışı (ruhi və fiziki baxımdan özünü necə idrak etdiyi) 0-6 yaş arasında yaranır. Xüsusilə ilk 3 yaşda ananın körpəyə qarşı olan davranışları mənlik anlayışının yaranmasında çox vacib amildir. Bu dövrdə ananın uşağa qarşı münasibəti, şəfqəti, rəftarı uşaqda məmnunluq duyğusunu yaradır. Bu mərhələdə uşaqda yaxşı mənlik yaranır. Fəqət bəzən olur ki, ananın kefi pozulub və ya uşağın ayaq yoluna getmək istərkən ağlaması onu əsəbləşdirir, hirslənər və sanki bir düşməninə baxar kimi uşağına baxar. Uşaq buna məna verə bilməz. Bir gün əvvəl ona gülümsəyən ana bir gün sonra ona iyrənərək baxır. Bu nöqtədə bölmə dediyimiz müdafiə mexanizmi yaranmağa başlayar. Bölmə mexanizmi eyni obyekt tərəfindən fərdə ötrülən neqativ və pozitiv duyğu yükünün uşaq tərəfindən ayrı tutularaq bunun tək bir fərd deyil, iki ayrı fərd tərəfindən edildiyi qənaətinin yaranmasıdır. Artıq körpə üçün iki ana vardır. Yaxşı və pis ana. 

Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-1

Yaxşı ana gəldiyində uşaqdakı yaxşı xüsusiyyət aktiv olub, özünü yaxşı xoşbəxt və dəyərli hiss edərkən, pis ana gəldiyində özünü dəyərsiz, pis biri kimi hiss edər. Körpənin zehni potensialı yaxşı və pis zatı bir yerdə tuta biləcək gücə sahib deyildir. Bu səbəblə yaxşı və pis zatı bir-birindən ayrı tutar və arada bir sərhəd (borderline) yaradır. Bu sistemə bölmə mexanizması deyilir. Yəni körpə bəzi zamanlar yaxşı xüsusiyyətdə, bəzi zaman pis xüsusiyyətdədir. 5 yaşına doğru bölmə mexanizması yavaş-yavaş birləşməyə, sərhəd itməyə başlayar. Ananın şəxsində yaxşı və pis birləşir, inteqrasiya olur. Uşaq ananın davranışlarının səbəblərini anlaya biləcək, izah edə biləcək həddə çatır. Ancaq bu hər fərd üçün hər səviyyədə gerçəkləşmir. Bəzi fərdlərdə bu mexanizmanın bağlanması (bölmənin birləşməsi) sonrakı yaşlara keçmir və bu fərdlər borderline şəxsiyyət quruluşu içərisində həyatlarını davam etdirmək məcburiyyətindədirlər. Bu mexanizmanın bağlanmamasının bir çox səbəbləri olmaqla birlikdə, yenə ananın nizamsız, əsassız davranışları, ana və atanın ruhi xəstəliklərini uşağına əks etdirmələri öndə gələn səbəblər arasındadır.

6 may 2016
GO BACK