Bu zaman ən yaxşı köməkçimiz bunlar ola bilər.
1. Su için.
Bədəniniz susuz qalmış ola bilər. Və bu vəziyyətdə ehtiyacı olan şey siz də bilirsiniz ki; qazlı içki, ya da meyvə suyu deyil, adi sudur. Böyük bir stəkan hər şeyi bir anda həll edəcək deyilik, bəzən ən adi şeylər, özümüzü narahat hiss etməyimizə səbəb olur. Su mütləq faydalı olur.
2. Yatağınızı toplayın.
Ediləcək bir çox iş varsa, yatağınızı toplamaqla başlayın. Həm yaxşı bir başlanğıc etmiş olarsınız, həm də yenidən yatağa girməmək üçün bir səbəbiniz olur.
3. Duş alın.
Təmizkən özünüzü daha enerjili hiss edəcəksiniz. Saç diblərinə edəcəyiniz masaj da əlavə bonusdur!
4.Yemək yeyin.
Özünüzü pis hiss edirsinizsə, xırda-xuruş yeməniz an məsələsidir, amma siz yenə də meyvəni seçim edin. Çoxdan yemək yemiş olsanız da, bir az meyvə mütləq işə yarayar.
5. Gəzintiyə çıxın.
Təmiz havaya ehtiyacınız ola bilər. Bədəninizi günəş işığıyla görüşdürün, təmiz hava alın, hərəkət edin. Beş dəqiqə belə olsa zehininizin fərqli düşüncələrə yelkən açmasını təmin edin.
6. Üstünüzü dəyişdirin.
Evdən çıxmağı düşünürsünüzsə, nə geyinəcəyinizə qərar verib hazırlanın. Evə gəlmişinizsə, sadəcə olaraq gecəliyinizi geyinib, rahatlayın.
7. Mühitinizi dəyişdirin.
Bütün gün dörd divar arasında dayanmaq özünüzü pis hiss etmənizə səbəb ola bilər.
8. Biriylə danışın, üz-üzə.
Mesaj, ya da zəng yolunu seçim etmək yerinə üz-üzə danışın. Əgər mümkün deyilsə mesaj göndərmək yerinə ən azından zəng edin.
9. Hərəkətli bir mahnıyla rəqs edin.
Romantik parçalardan bir an olsun imtina edib hərəkətə keçin.
10. İdman edin.
İstər videolardan faydalanıb evdə idman edin, istər çölə çıxın, tələsin, amma mütləq hərəkət edin.
11.İşlərinizi həll edin.
Mətbəx alış-verişimi etməniz lazımdır? O zaman kiçik də olsa, bir şeyləri həll etmək fərq yaradacaq.
12. Bir pişiyi qucaqlayın.
Pişiyim yox, itim yox deyərək bəhanə etmeyin. Rəfiqənizlə, sığınacaqlara gedin.
13. Ediləcəklər siyahısı yerinə ''EDİLDİ'' siyahısı hazırlayın.
Əgər özünüzü pis hiss edirsinizsə işlərinizi vərəqləmək yerine, az-azda olsa nələri həll etdiyinizi düşünün.
14. Komik video izləyin.
15. Özünüzü narahat hiss etdiyinizi qəbul edib, özünüzə zaman ayırın.
Özünüzü narahat hiss etmənizin bir problem olmadığını və hər şeyi dərhal yola qoymaq məcburiyyətində olmadığınızı xatırlayın. Özünüzə zaman ayırın.