Bəzi xəstələr illərcə dərman qəbul etdikləri halda sağala bilmədiklərindən şikayətlənir. Səbəbi əslində çox bəsitdir. Düşüncə formasında və ya həyat tərzində dəyişdirdikləri heç bir şey yoxdur. Onları kədərli edən həyat həqiqətləri olduğu kimi qalırdı. Bunları dəyişdirmək üçün heç bir addım atmamışdılar. Sadəcə dərman atmışdılar və inanmışdılar ki, bu dərmanları qəbul edirlərsə problem öz-özlüyündən həll olunancaq.
Bu məqalədə psixoloji problemlər zamanı dərman qəbulu və səhv hesab olunan bəzi məsələlərə aydınlıq gətiriləcək.
Nə üçün psixoloji problem yaşayırıq?
Psixoloji problem yaşamağımızın bir çox fərqli səbəb ola bilər. Amma əsas səbəb həyat eşqimizin olmaması, həyatın bizə aşıladığı bədbəxtlik hissidir. Yaşamaq istədiyimiz və yaşadığımız həyat arasındakı o böyük fərqdədir. Yaşamaq istədiyimiz həyat uğrunda apardığımız mübarizələr zamanı qarşılaşdığımız ümidsizliklər çoxaldıqca özümüzü küncə sıxılmış kimi, çarəsiz hiss edirik. Fikirləşirik ki, bir çox şeyi dəyişmək üçün artıq çox gecdir. Elə məhz bu hisslər dərin bir ümidsizlik və bədbəxtlik olaraq daxilimizə sirayət edir və işgəncə çəkməyə başlayırıq.
Bu nöqtədən sonra beynimiz artıq çox əzab çəkdiyimizə qərar verir və özünü qorumaq üçün bəzi psixoloji problem kəşf edir. Əslində bütün psixoloji sıxıntılar beynimizin bir növ özünümüdafiə istəyindən yaranır. Beynimiz bizi kədərli edən və bizə acı çəkdirən yaşam həqiqətlərindən uzaq tutmaq üçün xəstəliyi uydurur və diqqətimizi o xəstəliyin əlamətlərinə yönəldir. Depressiya, həyəcan təbili, adekvat reaksiya və s bu kimi əlamətlər ortaya çıxa bilər.
Alimlərin araşdırmalarına görə öz dərrakəsinə görə xəstəlik forması uydurur. Yəni beynimiz başqa sözlə bizə bunu deyir: səni kədərləndirən şeylərə əhəmiyyət verməyi burax, özünü dinlə, təzyiqini ölç, infarkt keçirəcəkmiş kimi həyəcanlan, çoxlu yat, televizor izlə, yemək ye, onsuz da istəsən də həyatındakı kədərli şeyləri dəyişə bilməzsən. ..və insanlar bu şəkildə illərlə dərman qəbul edirlər.
Depressiya, həyəcan təbili, yaddaş pozğunluğu, həvəsszilik bu kimi hallarda beynin mexanizmi pozulur və dərmanlar o mexanizmi düzəltmək üçün işə yaraya bilər. Beynimizdə sinir hüceyrələri arasında əlaqəni tənzimləyən 90-a yaxın maddə vardır və psixoloji sarsıntılar zamanı o maddələrin bəzilərinin müvazinəti pozulur. Pozulan bu müvazinət beynin sağlam düşünməsi və sağlam reaksiya verməsinə əngəl olur. Bax, həmin bu nöqtədə dərman qəbul etmək çox vacibdir.
Təbii ki, dərmanların faydalı olmadığını deyə bilmərik, lakin bu qədər nəzarətsiz və səhv istifadəsinə meyillilik də düzgün deyildir. Dərmanlar psixoloji problem vaxtı sadəcə dəstəkləyici məhvum daşıyır. (düzgün dərman və düzgün doza istifadə olunduğu vaxt). Dərman qəbulu psixoterapiya ilə qoşa aparıldığında müsbət nəticə verə bilər. Təkbaşına dərman, yaxud tək başına terapiya heç bir zaman əlverişli deyildir. Ən ideal olan ikisini bir arada istifadə etməkdir.
Həyat seçimimizdə və düşüncə tərzimizdə köklü bir dəyişiklik etmədiyimiz vaxta qədər hadisələrə baxışımız və bizi kədərli edən heç nə dəyişməyəcəkdir. Sadəcə dərmandan istifadə edərək kimyəvi güclə müvəqqəti yaxşılaşma hiss edə bilərik, amma problemin kökünü həll etmiş yox, sadəcə müvəqqəti olaraq üstünü örtmüş olarıq. Və problemlər bir müddət sonra təzədən işıq üzünə çıxmış olarlar.
Bu səbəbdən də sizə məsləhətim ilk olaraq bir psixoliqa, psixoterapevtə müraciyət etməyinizdir. Getdiyiniz mütəxəssis əgər dərman qəbulunu lazım bilsə, sizi bir psixiatristə yönləndirəcəkdir.
Dərmanlardan istifadə edərkən aşağdakı məsləhətləri nəzərdə saxlamağınızı tövsiyyə edirəm.
Sadəcə psixatristlər dərman yazmaq ixtiyarına malikdirlər. (Tibbi təhsilləri olduğu üçün)
Ailənizdən, dostlarınızdan və ya tanıdığınız hər hansı bir adamdan qulaqdan-qulağa şəkildə eşitdiyiniz dərmanları həkiminizlə məsləhətləşmədən qəbul etməyin. ( Al bu dərmanı mənə yaxşı təsir etdi, sənə də edəcək...)
Dərman qəbulu mütləq bir mütəxəssis nəzarəti ilə olamlıdır. Həkiminizlə məsləhətləşmədən heç bir dərmana başlamayın və dərmanınızı yarıda saxlamayın, dozasında hər hansı bir dəyişikliyi etməyin.
Dərmanların ilk qəbulu vaxt bəzi əkstəsirlər hiss oluna bilər. Sizi narahatlığa salan bu vəziyyəti mütləq həkiminzlə geniş müzakirə edin.
6 ay və daha çox müddəti dərman qəbul etdiyiniz halda vəziyyətinizdə heç bir dəyişiklik olmursa və ya daha pisləşirsinizsə mütləq fərqli bir mütəxəssisə müraciət edin.
Psixiatrik mənşəli dərmanları fasilələrlə qəbul etməyin, əks halda beyninizdə psixoloji müvazinət daha da pozula bilər.
Son olaraq yenidən vurğulamaq istəyirəm ki, dərman dəstəyi sadəcə lazımlı vaxtda, həkim tapşırığı ilə həyata keçirilməlidir. Lakin psixoloji dəstək almasanız, təkbaşına dərman qəbulu müsbət nəticə verməz. Sizi bədbəxtliyə sürükləyən, özünüzü xoşbəxt hiss etmənizə mane olan hər nə varsa onu dəyişdirməsəniz, sağlamlığınızda yaxşılığa doğru heç bir dəyişiklik hiss etməyəcəksiniz. Odur ki sağlam olamaq istəyirsinizsə həyata baxış tərzinizi dəyişin.