1.Sizinlə bağlı hər bir yaxşı şeyi qeyd edin. Sizə faydalı və xoş olan insanlara təşəkkür edin və uyğun durumları qiymətləndirin.
2. Hər gün təbəssüm edin. Çünki təbəssüm beyinə siqnal göndərir ki, bir xoşbəxtik. Xoşbəxt olduğumuz zaman isə, orqanizm endorfin istehsal etməyə başlayır ki, bu da əhval-ruhiyyəni qaldırır.
3. Heç olmasa gün ərzində 30 dəqiqə də olsa meditasiya ilə məşğul olun. Günəş, yalnız ii-üç ağac və gül-çiçək üçün parlamır, əksinə bütün dünyanın məmnuniyyəti üçün işıq saçır. Meditasiya zamanı uyğun fikirlər beyini əhatə edir.
4. Gündəlik olaraq arzunuzu vizuallışdarmağa çalışın. Arzu cədvəlinizi tərtib edin və gün ərzində beş dəqiqə onun üzərinə nəzər salın. Xəyalınıza gətirin ki, siz daha bunlara nail olmuşsunuz. Yadınızda saxlayın ki, dünyada olan hər şey bir zamanlar kimlərinsə xəyal və arzularında idi.
5. Sağlamlığınızın qeydinə qalın. Davamlı olaraq faydalı qida qəbul edin, istirahətə vaxt ayırın. Tükənmiş kimi özünüzü hiss etdiyiniz və nizamsız durumda olduğunuz zaman pozitiv olmaq çətindir.
6. Pozitiv iddialarda olun. Hər gün pozitiv hekayələr və aforizmlər oxuyun. Həyat bir tablodur, hansı ki, özəlimizlə yaradırıq. O, həll etməli olduğumuz bir çalışma, tapmacadeyil.
7. Oturuş və duruşunuza fikir verin. Düz əyləşin, dik gəzin, dərindən nəfəs alın. Bunu 60 saniyə ərzində yerinə yetirin. Fərqi özünüz də hiss edəcəksiniz. Doğrusu, bunu elə indicə yoxlayın.
8. Emosialarınızı güdün. Neqativ emosialar şahidlik edir ki, sizin düşüncələriniz də neqativdir. Əgər bunu edə biləcəyinizi hesab edirsinizsə, siz 100% haqlısınız! Yox, əgər düşünürsünüzsə ki, bacarmayacaqsınız, yenə də haqlısınız – bunu etmək mümkün deyil!
9. Pozitiv insanlarla oturub-durun. O insanlarla ki, sizin şəxsi dəyərinizi bilirlər. İnsanlığın tarixi elə də çox olmayan insanların tarixidir ki, onlar özlərinə inanıblar.
Hazırladı: Fərid Abdullah