Qadin.NET / Həyat eşqini bərpa etmək üçün 10 mandal

Həyat eşqini bərpa etmək üçün 10 mandal

Mandal vastəsilə meditasiya, buddizmin  özünü daha yaxşı dərk etməyə, rahatlamağa və bədənin gücünü bərpa etmək üçün yaradılan simvollardandır. Xoşunuza gələn mandalın nüsxəsini çıxararaq onu rəngləyin.

Meditasiyadan heç vaxt istifadə etməyən kəslər belə bu tapşırıqların öhdəsindən asanlıqla gələ bilərlər. Bu daha çox uşalıqdan hamımıza tanış olan oyuna oxşayır. Özünüzə bu həzzi bəxş edin! Gözəl rəngləri olan rəngli qələmlər götürün, sizə rahat olan, işıqlı yerdə oturun  və yaradıcılığa başlayın. Bu mandalları rəngləmək  rahatlamağa və öz daxili enerjinizi hiss etməyə kömək edir. Dairələrindən daha çox bəyəndiyiniz mandalla başlayın.

Mandal 1 "Necə özümü yaxşı hiss edə bilərəm?"

Həyat eşqini bərpa etmək üçün 10 mandal

Mandallar sizə emosional, həm də fiziki cəhətdən rahatlamaq üçün nə lazım olduğunu müəyyən etməyə kömək edəcək. Hər hansı bir rəngi seçin. Düşünmədən mandalın istənilən hissəsini rəngləməyə başlayın. Bu məşqələ də əsas məqsəd daxili gücün sizə nə deməsini dinləməkdir. Mandalı rəngləmə meditasiyasını bir neçə dəqiqə edin. Sonra başqa rəng qələm götürün və tamamlayın. Səliqəli olmasına və ya rəngələrin uyğunluğuna fikir verməyin, qoy hər şey spontan baş versin! Qurtardıqdan sonra mandala baxın, sonra ağlınıza ilk gələn 3 sözü yazın. Bu sözləri fikrinizdən mandalın hansı məna kəsb etməsi ilə əlaqədar keçirərək, özünüzə sual verin: Mənə özümü yaxşı hiss etmək üçün nə lazımdır?"

Mandal 2 "Mənim nəfəsim hansı rəngdədir?"

Həyat eşqini bərpa etmək üçün 10 mandal
Tövsiyə edirik ki, öz nəfəsiniz haqqında düşünəsiniz. Nəfəs hərəkətlərini asta -asta dərindən edin. Bunu elə indi edin! Rahatlayaraq mandala baxın və rəng seçin, bu rəng sizin nəfəsinizin simvolizə edir. Bu rənglə mərkəzi dairəni rəngləyin. Bunu edərkən fikrinizi nəfəsinizdə cəmləyin. Sonra tənəffüsünüzə "aktivləşdirici" təsir göstərən növbəti rəngi seçin və sakit- sakit dərin rəngləməyi yerinə yetirin. Mandalı rəngləyib qurtardıqda siz artıq daxili enerjiniz ilə əlaqədə olmuş olacaqsınız. Bunu istifadə edin!
Mandal 3 "Özünü necə tapmalı?"
Həyat eşqini bərpa etmək üçün 10 mandal
Daha çox bəyəndiyiniz qələmi götürün və mərkəzi dairəni rəngləyin. Sonra başqa bir karandaşla mandalın hissələrini rəngləyin. Qələmi təsvir olunan ulduzun kənarlarını rəngləməklə davam edin, sanki siz labirintin içində hərəkət etmiş olursunuz. Sonra rənglənmiş hissələrə nəzər salın, öz- özünüzdən soruşun: "Bu yol mənə nəyi xatırladır?" Ağlınızda dolaşan 3 söz və ya söz birləşməsi yazın və yazılarınız haqqında bir neçə dəqiqə düşünün.
Mandal 4 "Bu gün mən hansı energetik səviyyədəyəm?"
Həyat eşqini bərpa etmək üçün 10 mandal
İcazə verin ki, rənglər sizinlə danışsın! İntuisiyalarınıza inanın, bu mandalı istədiyiniz kimi rəngləyin. Seçdiyiniz rəng sizin energetik səviyyənizi müəyyən edəcək. Şəkilə baxın və ağllınızda olan 3 açar sözü söyləyin. Bir neçə dəqiqə ərzində fikirinizi bu sözlərə yönəldərək "Mən bu gün hansı enerji səviyyəsindəyən?" sualı ətrafında düşünün. Nəzərə alın ki, isti rənglər enerjini yayır, soyuq rənglər isə onu iflic edir. Bir şeyi də unutmayın, mandal sizin hal-hazırdakı vəziyyətiniz haqqında məlumat verir. Sabah o başqa cür ola bilər.
Mandal 5 "Mənim 3 ən yaxşı cəhətim".
Həyat eşqini bərpa etmək üçün 10 mandal
Bu gözəl mandal sayəsində müəyyən edə biləcəksiniz ki, özünüzdəki hansı əlamətlər dah çox xoşunuza gəlir. Düşünün, sizi hansı 3 cəhət xöşbəxt edir. Onları mandalın altında yazın (məsələn:düzgünlük, səmimilik, xeyirhaqlıq, kreativlik və s.). 3 sevimli rəngi seçin, bu rənglərdən hər biri xarakterinizi simvolizə etsin və mandalı rəngləyin. Şəkil tamamlandıqdan sonra ona yaxşıca baxın. Hər bir rəngə diqqətlə baxın, düşünün, siz öz xüsusiyyətləriniz haqqında özünüz nə fikirdəsiniz?
Mandal 6 "Daxili sakitlik haradadır?"
Həyat eşqini bərpa etmək üçün 10 mandal
Daxili sakitliyinizi təmin edən rəngi seçin. Bu çətin fiqurun bütün mərkəzi dairələrini rəngləyin. Sonra başqa qələm götürün, bir- birinin ardınca bu dairələrin xarici tərəflərini rəngləyin. Qurtardıqdan sonra mandala baxın. Düşünün, ən çətin 3 vaxtda siz özünüzü arxayın hiss etmək üçün nə etmisiniz, bunu xatirə olaraq qeyd edin.
Mandal 7  "Mənim enerjimin sərbəst axınına nə mane olur?"
Həyat eşqini bərpa etmək üçün 10 mandal

Mandalı mərkəzdən başlayaraq rəngləyə-rəngləyə özünüzə sual verin: "Mənin enerjimin  süzülüb getməsinə nə mane olur?" Şəkili rənglədikdən sonra ona bir neçə dəqiqə diqqətlə baxın. Bunu tam sakit və aydın fikirlə edin. Zəkanızı sakit buraxın, qoyun fikirlər ora gəlib-getsin. Sonra fikir verin, hansı rəngləri istifade etmisiniz, soyuq (yaşıl, göy, bənövşəyi) və ya isti (qırmızı, narıncı, sarı)? Birincilər enerji kanallarını "bağlayır", ikincilər isə onu "açır". Diqqətlə baxın, siz bu rəngləri harada istifadə etmisiniz. Xatırlamağa çalışın, siz rəngləri dəyişən zaman hansı emosiyaları keçirmisiniz, xatırladıqlarınızı qeyd edin.

Mandal 8 "Enerjini necə artırmalı?"
Həyat eşqini bərpa etmək üçün 10 mandal
Mərkəzi "çiçəkdən" başlayaraq onu ləçəklərinə doğru rəngləyin. Əlinizə keçən 3 rəngdən istifadə edin. Digər "çiçəkləri" rəngləmək üçün qələmləri dəyişin. Bu zaman sizə görə  ilk 2 rəngi tamamlayan tonları seçin. Çiçəyin mərkəzi üçün başqa rəngli qələmi seçin. Sakit nəfəs alın, öz şəkilinizə baxın, birdən ağlınıza gələn 3 kəlməni yazın. Onlara fikrinizi cəmləyin.
Mandal 9 "Emosiyaları neçə balanslaşdırmalı?"
Həyat eşqini bərpa etmək üçün 10 mandal

Sizə mane olan 3 əks emosialar seçin (məsələn: qorxu, kin, paxıllıq). Onları mandalın altında yazın. Sonra  bu emosiyaları simvolizə edən 3 rəng seçin. İntuisiyaya güvənərək bu rənglərlə yarpaqları rəngləyin. Başqa rəng seçin, mandalın fonunu və gövdəni rəngləyin. Rahatlayın, gözlərinizi bir dəqiqiəlik yumun. Sonra şəkilinizə baxın. Hisslərinizi qeyd edin.
Mandal 10 "Mən öz enerjimi aktivləşdirə bilirəm".
Həyat eşqini bərpa etmək üçün 10 mandal
Bu mandala bir dəqiqə ərzində baxın. Mərkəzi dairədən başlayaraq rəngləməyə başlayın. Sonra göyqurşağının rənglərində 7 qələm götürün. (qırmızı, narıncı, sarı, yaşıl, mayi, göy, bənövşəyi). Öz hisslərinizi dinləyərək, hər insan fiqurun bir rənglə rəngləyin. Finalda mandalın sərhədlərini bəyəndiyiniz və ya sizə görə daha ahəngdar gələn rənglə tamamlayın. Bu məşq enerjini aktivləşdirir və ahəngdar edir. Sonra şəkili qurtardıqdan sonra hansı hisslər keçirdiyinizi qeyd edin.
 
17 mart 2016
GO BACK