Hamımız bilirik ki, hərəkətdə olmaq uzun ömür və sağlamlıq deməkdir. Oturaq həyat tərzi isə piylənmə, xəstəliklər və vaxtından tez ölümü bizə bəxş edir. Lakin bir çoxlarımızın işi oturaq həyat tərzinə uyğundur. Bundan qaçmaq mümkün deyil. Bu zaman da hərəkət etmək və sağlam həyat sürmək üçün nə isə etməliyik.
Telefonunuzun saatını qurun.
Bəlkə də bir çoxlarınıza bu gülməli gələcək. Ancaq gününün 6-8 saatını işdə və stol arxasında, kompüter önündə keçirmək məcburiyyətində olan insanlara mütləq ən azından hər bir saatda ayağa qalxıb 5-10 dəqiqə gəzmək lazımdır.
Telefonla ayaq üsə danışın.
Hətta işiniz stol arxasında olsa belə mütləq telefonla danışarkən ayaqüstə danışın. Hətta danışarkən bir neçə iş belə edə bilərsiniz.
Ən kiçik imkanda piyada gəzin.
Məsələn, iş yerinizə 1-2 km uzaqda avtobusdan düşün. Piyada gedin. Bunun üçün evdən 30 dəqiqə tez çıxmaq lazımdır. İş vaxtı bitdikdə də eyni ilə belə edin. Avtobusa 1-2 km uzada əyləşin.
Təbiət qoynunda olarkən əyləşməkdən imtina edin.
Əgər hər hansı təbiət qoynuna gəzməyə və ya pikniyə getmisiniz. O zaman stuldan qəti istifadə etməyin. Ya yerdə, çəmənlərin üzərində əyləşin, ya da ümumiyyətlə əyləşməyin. Bacardığınız qədər gəzin və təbiətdən zövq almağa çalışın.
Üz-üzə söhbət edin.
Sizdən bir mərtəbə aşağıda və ya yuxarıda əyləşən iş yoldaşınıza elektron məktub göndərmək lazım deyil. Siz onun yanına gedib fikrinizi deyə və onun da fikirlərini ala bilərsiniz. Bu zaman yeriməyinizə və hərəkət etməyiniz üçün imkan yaranar.
Artıq dünya həkimləri və alimləri həyəcan təbili çalır ki, oturaq həyat insanların sağlamlığına ciddi şəkildə ziyan vurur. Son illər kompüter arxasında işləyənlərin sayı daha çox artıb. Həm gün ərzində eyni istiqamətdə oturmaq, həm də ondan gələn şüanı qəbul etmək. Bu çox acınacaqlı haldır. Bu şüalardan və hərəkətsiz həyatdan az da olsa, ziyansız qurtulmaq üçün kiçik bir bəhanə ilə də olsa ayağa qalxmaq, 5 dəqiqə yerimək lazımdır. Mütləq çölə çıxıb oksigen qəbul etmək, mavi səmaya baxmaq və bacardıqca çox yerimək lazımdır.