Qadin.NET / Telefon asılılığından xilas olmağın 5 yolu

Telefon asılılığından xilas olmağın 5 yolu

Telefon asılılığından xilas olmağın 5 yolu

Ağıllı telefonlar yaxşı olsalar da, onlara baxmaqdan bəzən nə işləyə bilirik, nə sevdiklərimizə vaxt ayıra, nə də işə yarayan bir şeylər edə bilirik. Hər kəsin həyatı fərqli olduğu kimi bu telefon asılılığından xilas olmağın da fərqli yolları var. Mən sizə öz həyatımdan bir neçə nümunə verəcəyəm. Bu nümunələri şəxsən özüm təcrübə etmişəm.

Mətbəxə gedin və gözəl yeməklər hazırlayın. 

Telefon asılılığından xilas olmağın 5 yolu

Əlinizdən telefon düşmürsə, bu o deməkdir ki, boş vaxtınız var. O zaman o vaxtı bu şəkildə qiymətləndirə bilərsiniz. Salat sağlam bir yeməkdir və siz salat üçün olan ərzaqları kəsərək quru və hava almayan qablarda qoyub hər yeməyinizin yanına bir salat ziyafəti də çəkə bilərsiniz. Bıçaqdan istifadə etmək whatsapda yazı yazmaq kimi bir şeydir, ikisində də barmaqlarınızdan istifadə edirsiz. Bununla mədəniz də sağlam yeməklərə öyrəşər.

Təmir edin, əksikləri tamamlayın. 

Telefon asılılığından xilas olmağın 5 yolu

Evdə olmayan şeylərin bir siyahısını çıxarın. Əmin olun ki, telefonu əlinizdən azca uzağa atsanız, o zaman xeyirli işlərə daha çox vaxt ayıra biləcəksiniz. Divarlara tablo asın, tıxanmış kranları açın, lazımsız əşyaları durduğu yerdən qaldırın ki, ətraf səliqəli görünsün, dolabın içini düzəldin. Evdəki köhnə dolabı rəngləyin. Şkafınızı əldən keçirin. Əminəm ki, sizlərdə də bu işlərdən birini etmək lazımdır. O zaman nəyi düşünürsüz? Atın telefonu kənara!

Qonaq çağırın və onlar üçün yemək hazırlayın. 

Telefon asılılığından xilas olmağın 5 yolu

Yəqin ki, telefonda da dostlarınızla danışırsınız, yaxındılarsa, çağırın dostlarınızı. Lazım olsa, mətbəxə salın onları, soğanları o doğrasın. Yeməklər bişirin, gözəl bir çay dəmləyin. Yaxınlarınızla söhbət, həqiqətən, çox yaxşıdır.

Telefonu bir kənara buraxıb gəzməyə çıxın. 

Telefon asılılığından xilas olmağın 5 yolu

Yaşadığınız yerin ətrafında gözəl parklar və yaxud gəzməli yerlər varsa, çıxıb gəzin. Telefona baxmaq istəsəniz, dərhal onu bir kənara qoyun. Əgər qış günüdürsə, qalın geyinib küçəyə çıxın. Həm sümükləriniz açılar, həm də gözəl idman etmiş olarsınız. 

Səyahətə çıxın. 

Telefon asılılığından xilas olmağın 5 yolu

Son olaraq texnologiyaya və ya telefona ehtiyacınız olmayacaq bir tətilə çıxın. Çox uzaqlara getmənizə ehtiyac yoxdur, evinizin yaxınlarında bir yer belə, ya da qonşu şəhərdə bir gün, iki gün bəlkə bir həftə sonu kifayətdir. Telefonu buraxın bir kənara, yanınızda bir dostunuz, sevgiliniz ola bilər. Onunla söhbət edə-edə gözəl istirahət edin.

Bunlar mənim təkliflərim idi. Sizin təkliflərinizi şərhlərdə gözləyirəm.

13 mart 2016
GO BACK