Qadin.NET / Qınaqlarla baş etməyin yolları

Qınaqlarla baş etməyin yolları

Günə başladınız. Məktəbdə, işdə, evdə, küçədə etməyə başladığınız bir çox şey var və bu an qınaqlar başlanır. Özünüzü qınanılmış, düzəldilmiş, bacarıqsız, hətta günahkarmış kimi hiss etməyə başlayırsınız. Etdiyiniz səhv belə olsa, sizə o qədər də təsir etməz. Amma bir dəfə qınandıqdan sonra bu sizdə böyük təsirlər yarada bilər. Psixoloq Özgə Altan qınaqla baş edə bilmək üçün bir neçə fikir paylaşıb. Buyurun, siz də oxuyun və əgər belə hallarla qarşılaşırsınızsa, o zaman bu məsləhətlərdən faydalanın.

Qınaqlarla baş etməyin yolları

Qınaqları dinləyin.

Aldığınız qınağa reaksiya vermədən dinləməyə və qarşı tərəfin baxış tərzini anlamağa çalışın. Yeni bir baxış tərzi qazana bilər və özünüzü inkişaf etdirmə fürsəti əldə etmiş ola bilərsiniz.

Özünümüdafiəyə keçməyin.

O dəqiqə özünümüdafiəyə keçmək əvəzinə qarşıdakı insanın sizə kömək etmək istəyib-istəmədiyini düşünün. Bəlkə də onu rədd etmək yerinə bu söylədiyi şeyi dəyişdirmək və ya kiçik bir öhdəlik almaq sizi bir addım daha irəli aparacaq.

Qınaqlarla baş etməyin yolları

Reaksiyanızı təxirə salın.

O sırada sərt bir reaksiya vermək əvəzinə bunu bir az təxirə salmağa çalışın. Dərin bir nəfəs almaq, olduğunuz ortamdan ayrılmaq, qısa bir ara vermək daha sağlam və ağıllı qərar verməyinizi və bu qınağa daha sağlam şəkildə cavab verməyinizə köməkçi olar.

Xətalarınızı qəbul edin.

Ortada bir xətadan qaynaqlanan qınaq varsa, bu xətanı qəbul etdiyiniz zaman nə olacağını düşünün. Rədd etməklə hər şeyi daha da çətinləşdirə bilərsiniz. Bundan əlavə rədd edərək səhvinizi də düzəltməmiş olacaqsınız ki, bu da ətrafınızdakı insanların azalmağına gətirib çıxaracaqdır.

Qınaqlarla baş etməyin yolları

Bacarıqsızlığınızın dadını çıxardın.

Bir mövzuda qınaq ala bilər, hətta uğursuz ola bilərsiniz. Çünki insan yaşayaraq və səhvlər edərək öyrənir. Səhv etmədən doğrunu öyrənmək mümkün deyil. Ona görə də nəyisə bacarmadıqda belə səhvlərinizin dadını çıxarmağa çalışın.

26 avqust 2014
GO BACK