Qadin.NET / Özümüzü necə motivasiya edək?

Özümüzü necə motivasiya edək?

Özümüzü necə motivasiya edək?

Özümüzü necə motivasiya edək? Bunun üçün nə etməliyik? 

1. Səbəb

Özünüzü motivasiya etməyin ən güclü mənbəyi səbəbdir. Hər hansı bir ciddi səbəb ki, bu səbəb sizi ruhlandıracaq, daha da irəli getməniz üçün güc verəcək. Bu səbəb sizə mümkün olmayan görünəni mümkün edəcək. 

2. Arzu

"Şübhə edilməyən arzular hər zaman, həyata keçən arzulardır" A. Düma

Səbəb motivasiya üçün güclü mənbədir. Lakin buna baxmayaraq o mücərrəd formaya malikdir. Arzu isə daha konkret formaya malikdir. Bu arzular real, bir o qədər də sizi rahat həyatınıza aparacaq yolda mürəkkəb bir vəzifə olmalıdır. Bir təsəvvür edin ki, gələcəkdə həyatınızı necə görmək istərdiniz? Arzusu olmaq çox vacibdir. Arzusuz insan gələcəyə doğru addımlaya bilməz və özünü yaşamaq üçün motivasiya edə bilməz. Basketbol oyununu xatırlayaq. İdmançılar meydanda basketbol səbəti olmasa, nə edərdilər? Onlar mənasız dairəvi hərəkətlər edəcək, vaxt və güc itirəcəklər. Hər bir insanın məqsədi olmalıdır. Qoy sizin arzularınız sizin üçün basketbol səbəti olsun ki, siz hər bir qarşınıza çıxan maneəni keçərək arzunuzu həyata keçirməyə nail olasınız.

Özümüzü necə motivasiya edək?

3. Ehtiras

"Sadəcə istəmək kifayət deyil. Siz ehtirasli olmalı, qarşınıza çıxan maneələri dəf etmək üçün inamlı addımlar atmalısınız." Les Braun

İstədiyiniz hər şeyi ehtirasla, inamla istəməlisiniz. Ehtiras sizə çətin günlərdə çox yardımçı olacaq. Əgər hər hansı məqsədinizə çatmaq istəyirsinizsə, bunun üçün daxilinizdə ona qarşı güclü ehtiras olmalıdır. Özünüzü motivasiya etməlisiniz ki, mən bunu edəcəyəm, buna qadirəm və s.

Özümüzü necə motivasiya edək?

4. Özün ilə yarışmaq

"Mən başqalarından yaxşı rəqs etməyə çalışmıram. Mən yalnız özümdən daha yaxşı rəqs etməyə çalışıram." Mixael Barişnikov

Unutmayın, özünüzü hər zaman başqaları ilə müqayisə etsəniz, tez ruhdan düşəcəksiniz. Siz məqsədinizə doğru ruh yüksəkliyi və iri addımlarla getsəniz belə, başqaları ilə müqayisə sizi tez yoracaq. Hər bir insanın şəxsi işi, şəxsi həyatı var. Özünüzü heç bir zaman heç kimlə müqayisə etməyin. Bu lap üzgüçünün marafon idmançısı ilə, futbolçunun velosipedçi ilə mübarizəsinə bənzəyər. Bizim yeganə rəqibimiz biz özümüz olmalıyıq. Hər dəfə özümüzdən bir pillə yüksək olmağa çalışmalıyıq.

Özümüzü necə motivasiya edək?

5. Daha bir addım

"Uğur hər zaman olmur, uğursuzluq da ölüm deyil, əhəmiyyətli olan sona qədər getmək üçün cəsarətli olmaqdır." Uiniston Çörçill

Bəzən uğursuzluqla rastlaşdığımız zaman tez təslim oluruq və daha məqsədimizə çatmayacağıq deyə düşünürük. Amma bu qəti belə deyil. Əlbəttə, bu cür düşünərsəniz, qarşınıza çıxan maneələri dəf etmək əvəzinə qorxar, geri çəkilərsiniz və arzunuz və məqsədiniz sizin üçün əlçatmaz olar. Arzunuza çatmaq üçün mübarizə aparmalısınız. Gələcəkdə sizi daha nə qədər maneə və çətinliklər gözlədiyini düşünməkdənsə, indi daha hansı addımı atacaqsınız, bu barədə düşünün.

6. Keçmişi unudun!

"Gün bitdisə, bu günü unudun, siz bacardığınızı etdiniz." Uoldo Emerson

İnanırsınız yoxsa yox, ancaq sizi ruhdan salan ən güclü mənbə sizin keçmişinizdir. Keçmişdə yaşadığınız bəzi hadisələr, uğursuzluqlar ağır yük kimi çiyinlərinizə çöküb və sizi irəli getməyə imkan vermir. Bunun üçün keçmişi unudun. Gələcəyə inamla baxın.

25 avqust 2014
GO BACK