Qadin.NET / Tətildən sonra depressiyaya düşməyin

Tətildən sonra depressiyaya düşməyin

Tətildən sonra işə qayıtmaq çox insanı depressiaya sala bilər. Belə halın baş verməməsi üçün hansı tədbirləri görmək lazımdır? Psixoloq Nuray Sarp tətildən sonra depressiyaya düşməməyin bir neçə yolunu göstərdi:

Tətildən sonra depressiyaya düşməyin

Tətildə iş problemləri çıxartmayın.

Tətilə çıxmazdan əvvəl öhdənizdə qalan iş yükləmələrinin tamamlanmış olması böyük əhəmiyyət daşıyır. Hətta təxmin etdiyinizdən də yüksək əhəmiyyət daşıyır. Bu səbəblə müdirinizə tətil vaxtında "Mən bu işə baxaram, mən onu edərəm"  söz verməyin. Özünüzə zaman ayırın. Bir sözlə tətil sonrası depressiyaya düşməmək üçün özünüzlə tamamlanmamış işlər götürməyin. 

Tətildən sonra depressiyaya düşməyin

İçdiyiniz içkilərə diqqət edin.

Tətildə bol-bol su qəbulu çox vacibdir. Ancaq su ehtiyacını qazlı və kolalı içkilər yerinə, mümkün olduqca su ilə qarşılamağa diqqət göstərin. Ən az 10 stəkan su için. Spirtli içki qəbulunda isə tətildəsiniz deyə heç sərhədi aşmayın. Spirtli içkilərin qəbulunun diqqətə alınması şərtdir. Olmazsa daha yaxşı olar.

Tətildən sonra depressiyaya düşməyin
Hadisələrdən xəbərdar olun.
Tətildə beyninizin dincəlməsi çox vacibdir, amma bu dünyadan qopacağınız mənasına gəlməməlidir. Tətildə məsələn hər gün bir qəzet oxumağa diqqət edin. İnternetdən ölkədəki və dünyadaki hadisələri izləyin. 
Tətildən sonra depressiyaya düşməyin
Sağlam qidalanın.
Sağlam bir həyat tərzinin əsas şərti düzgün qidalanmaqdan keçir. Tətilə çıxmış olmanız, xüsusən də hər şey daxil otel və tətil yerlərində açıq kafelər qarşısında həddi aşmayın. Xüsusən şəkərli və karbonhidratlı qidalara diqqət etməniz şərtdir. Belə ki, yedikləriniz tətildən sonra sizdə artıq çəki olaraq depressiyaya səbəb olar  və bundan sonra özünüzə pəhriz həkimi axtarmağa başlayarsınız.
Tətildən sonra depressiyaya düşməyin
Yataq keyfini uzatmayın.
Tətildir deyə günlük yuxu normasının üstünə çox çıxmayın. Yuxu norması həm tətildə, həm də tətildən sonra son dərəcə vacib bir nöqtədir. Necə olsa da , işdə deyiləm deyib, gecə çox gec uzanıb günortaya qədər yatmayın. Məsələn, iş zamanı günə 08.00-də başlayırsanızsa, ən çox 1 saat gec qalxın.
Tətildən sonra depressiyaya düşməyin
Sevdiklərinizə daha artıq zaman ayırın.
Sevdiyiniz insanlarla hər cür münasibətiniz sizin daxili dünyanızda yer tapır. Hətta fərq etmədən üz ifadənizə də təsir edir. Onların bir gülüşü, bir baxışı hər iki tərəfdə də müsbət emosiyalar əmələ gətirir və əslində fərq etmədən hissi boşluğu da doldurur. Tətildə sevdiklərinizə daha artıq zaman ayırmanız sizi xoşbəxt edəcəkdir. 
11 avqust 2014
GO BACK