Qadin.NET / Zamana nəzarət

Zamana nəzarət

Zaman- istifadə edilmədiyində  artmayan ən əsas sərmayəmizdir.

Zaman:

Yerinə qoyulmaz.

Geri qaytarılmaz.

Yenilənməz.

Saxlanılmaz.

Alınmaz.

 

Zamanın çox hissəsini dəqiqələr şəkilində boş yerə sərf edirik və bu səbəbdən də zamanı necə xərclədiyimizin fərqində olmuruq. Ta ki, orta yaşlara gələnə qədər. Sabahın artıq bu gün olduğunu və gənclik xəyallarımızın çoxunu həyata keçirmədiyimizi anlayana qədər.

Zamanın idarə olunması bir məcburiyyətdir:

Xora, yüksək təzyiq, infakt, xərçəng, adət pozuntusu, cinsi problemlər, miqren, dəri xəstəlikləri, depressiya, əsəbilik. Bunların bəziləri sizdə varsa zamanın idarəsi sizin üçün lüks yox bir məcburiyyətdir. Siz zamanı  idarə etməsəniz o sizi idarə edəcək.

Zamanın idarə olunmasının hədəfləri:

Zamana nəzarət etmək mövzusunda çox insan nə bir sistemə, nə bir strategiyaya sahib deyil. Zamanı səmərəli istifadə etmək məşğul görünmək deyil. Zaman idarəsi çox işləməyi deyil, effektli və məqsədlərə yönəlmiş bir şəkildə işləməyi, zamanı nəzarətimiz altına almağı nəzərdə tutur.

 

Tipik zaman tələləri:

Plansızlıq

İşləri və səlahiyyəti həvalə edə bilməmək

Xeyr deyə bilməmək

Təxirə salmaq

Tələskənlik

Unutqanlıq

Lazımsız zənglər

Həddən çox televizor izləmək

Kompyuter oyunları

 

Zamana nəzarət

Zamanı yaxşı idarə edə bilmək üçün:

Zamanın fərqində olun: “sadəcə 5 dəqiqə”lər cəmlənincə xeyli vaxt edər.

Planlı yaşayın: Uzun, orta və qısa vaxtlı planlarınızı dəqiqləşdirin və yazın.

Uzun vaxtlı planlar: 1 il sonrası üçün görülən planlardır.

Orta vaxtlı planlar: 4 və ya 8 həftəlik  planlardır.

Qısa vaxtlı planlar: günlük planlardır.

5 avqust 2014
GO BACK