Qadin.NET / Gülümsəyin ki, xoşbəxt olasınız

Gülümsəyin ki, xoşbəxt olasınız

Gülümsəyin ki, xoşbəxt olasınız

Gülmək fizioloji olaraq üzümüzdəki on iki əzələnin bir-biriylə uyğun hərəkəti nəticəsində yaranır. Bioloji olaraq isə avtonom sinir sistemimizin bir funksiyasıdır. Avtonom sinir sistemi iki yerə bölünür: simpatik və parasimpatik. Gülmə hərəkəti bu iki sinir sistemimizin qarşılıqlı təsiri nəticəsində  yaranır.

Gülmək xüsusilə zarafatlarda və bir sıra gözlənilməz vəziyyətlər zamanı yaranır. Bu gözlənilməz vəziyyət duyğu orqanlarımızdan gələn hər hansı bir qəbulun yaddaşımızla əlaqələndirmə müddətində bir kəsilməyə uğramasıdır. Yaddaşla əlaqələndirmədəki çox qısa qopuqluq simpatik sinir sistemimizi həyəcana salır. Simpatik sinir sistemimiz bu vəziyyəti təhlükə hesab edib qollarımıza və ayaqlarımıza müdafiə etmə məqsədilə güc yükləyir. Bu, "döyüş, ya da qaç" vəziyyətidir. Ancaq yaddaşla əlaqələndirmə təmin edildiyi anda belə bir vəziyyət ortadan qalxır. Bu zaman parasimpatik sinir sistemimiz işə düşür. Parasimpatik sinir sistemimiz təkrarən adi vəziyyətə dönməyimiz üçün qol və ayaqlarımızda olan və artıq ehtiyac duyulmayan gücü gülmə hərəkətiylə xərcləyir.

Gülümsəyin ki, xoşbəxt olasınız

Körpələr doğuşdan ancaq dörd həftə sonra gülümsəməyə başlayır. Ana və atanın bundan xoşbəxtlik duyduğunu hiss etdikcə körpələrin gülməsi artır. Gülərkən ürək atışı sürətlənir, nəfəs dərinləşir, beyin tərəfindən kimyəvi maddələr ifraz olunur. Endorfin isə bədənimizdəki gərginliyi, ağrını azaldır.

Gülmək də kədər və ya əsəb kimi bir boşalma yoludur, ancaq bunun nə üçün belə olduğu tam olaraq bilinmir. Şübhəsiz ki, hamımız güldükdən sonra özümüzü daha yaxşı hiss edirik. Gülərkən bədəndəki gərginlik əzələlərdəki nəzarətin itirildiyi nöqtəyə qədər azaldığı üçün bir çox hadisədə özümüzü tuta bilmirik.

Gülmək ictimai əlaqələrdə xoşbəxtliyi paylaşmaq kimi görülə bilər, amma o, hər zaman xoşbəxtliyi ifadə etmir. Yəni insan xoşbəxt olmasa belə, nəyəsə görə, kiməsə görə üzündə aldadıcı gülüş yaratmağa məcbur olur.

Gülümsəyin ki, xoşbəxt olasınız

Çox yüksək səslə gülmək gələ biləcək təhlükələrə qarşı əsəbi bir reaksiya da ola bilər. İki insan arasındakı bir mübarizədə, bir oyunda güclü olan zəifi əzərkən də gülə bilər. Yəni gülmək gücün və təcavüzkarlığın bir göstəricisi də ola bilər. Gülərkən insanın üz ifadəsindən xoşbəxt olduğunu hər kəs anlayar, amma o üz ifadəsi ilə arxasında yatan duyğular arasındakı əlaqəni pisixoloqlar belə hələ tam olaraq izah edə bilmirlər.

Hələ də bir müsabiqədə qalib olub xoşbəxtlikdən gülməsi lazım olanların nə üçün gözyaşları içində ağladıqlarının, ağlamağı lazım olan bir yerdə isə bir insanın yenə gözyaşları içində qəhqəhələrlə nə üçün güldüyünün səbəbi aydın deyil. Ancaq bu vaxt qəhqəhə ilə gülməklə gülümsəməyi ayırd etmək lazımdır. Gülümsəmək insanın qarşısındakı üçün yaxşı şeylər hiss etməsə belə, özü üçün bir xoşbəxtlik ifadəsidir.

Gülmək qorxuların azalmasında da təsir edir. Gülmək eyni zamanda nəfəs alış-verişini sürətləndirər, ağciyərlərə gedib-gələn havanı artırar. O, insana xas müsbət bir fakt olub, eyni zamanda bədənin və ruhun sağlamlıq qaynağıdır. Gülərüzlü olmaq cəmiyyət içində müsbət duyğuların artmasına, adamın sevilməsinə köməkçi olar.

Məncə, gülmək ən böyük sənətdir. Gülmək insanda dəyişik bir duyğu oyandırar. Üzünüzdən, qəlbinizdən heç bir zaman gülüş əskik olmasın. Amin! girl_ang

9 iyul 2014
GO BACK