Qadin.NET / Öz-özünə danışmaq düşünməyi inkişaf etdirir

Öz-özünə danışmaq düşünməyi inkişaf etdirir

Öz-özünə danışmaq düşünməyi inkişaf etdirir

Öz-özümə söhbət edirəm, niyə dəli hesab olunmuram? 

Öz-özünə danışmaq həmişə dəlilik anlamına gəlməz.  Hətta araşdırmaçılar bunun düşünmə və qəbul etmə prosesinə yardım belə ola biləcəyini deyir.

Faydaları

İnsanlar tez-tez özlərinlə danışar. Kimisi bir neçə gündən bir, kimisi də - araşdırmaçıların iddia etdiyi kimi - saat başı öz-özünə danışar. Bu tərz rəftarlar məntiqə uyğun gəlməsə də araşdırmalar ortaya qoymuşdur ki, uşaqların rəftarlarını nizama salmaqda olduqca kömək edən üsuldur. Uşaqlar bu yolla bir prosesi addım-addım öz başlarına tətbiq edə bilər, məsələn, ayaqqabıların ipini bağlayarkən fikirləri əllərinə cəmləşərək...

Təcrübə

Öz-özünə danışmanın yetkin insanlara də faydalı olduğu ilə məlumatlar var. Psixoloqlar bir çox könüllüyə bir əşyanı axtararkən necə davrandıqlarını araşdırmaq üçün müraciət edib. Məsələ tədqiqatçılardan birinin Wisconsin-Madison Universitetinin psixoloqu Gary Lupyanın "Supermarket və ya soyuducuda bir şey axtararkən öz-özümə danışdığımı fərq etdim" deməsi ilə başladı. 

Öz-özünə danışmaq düşünməyi inkişaf etdirir

Təcrübədən keçənlər

Bir təcrübədə könüllülərə 20 ədəd fərqli şəkil göstərilib və içlərindən müəyyən birini seçmələri (məsələn, bir səbət ) istənilib. Təcrübələrin yarısı səbət axtararkən bir tərəfdən də yüksək səslə düşünən fərdlərlə aparılıb. Digər yarısı səssiz olan fərdlərlə davam etdirilib. Araşdırmaçılara görə, şəkillərə baxarkən bir tərəfdən də öz-özünə danışan fərdlər əşyanı 50-100 millisaniyəlik bir sürət fərqiylə daha tez tapıb (orta tapma sürəti 1.2-2 saniyə idi).

Lupyan düşüncələrini "Mənim təklif etdiyim həll budur: dil yalnız bir ünsiyyət sistemi deyil, ondan daha üstündür, dil bundan başqa düşünməyi və qəbul etməyi da gücləndirən bir sistemdir" kimi ifadə etmişdir.

Digər bir təcrübədə də könüllülərin virtual bir supermarketə girib rəflərdən istənilən əşyanı (məsələn, diş fırçası) almaları və bunu da ən qısa zamanda etmələri istənilıb. Ortaya çıxan nəticələr bu dəfə daha kompleks idi.

Bu dəfə könüllü axtarılan əşyanın adını yüksək səslə öz-özünə təkrarlamışsa, görünür, bir faydası olmuşdur. Məsələn, diş fırçası axtaran birinin "diş fırçası" dediyi zaman digərlərindən daha sürətli nəticəyə çatdığı, ancaq "Kola" dediyində tam tərsi - hər kəsdən daha gec nəticəyə çatdığı ifadə edilib. Yəni diş fırçası axtararkən "Kola" deyib dayanmaq müddəti tam tərsinə - yavaşladıb. 

Öz-özünə danışmaq düşünməyi inkişaf etdirir

Lupyan bunu "Öz-özünüzə danışmaq hər zaman fayda gətirmir. Əgər necə göründüyünü bilmədiyiniz bir şeyin adını yüksək səslə söyləsəniz, bunun müddətcə ya heç müsbət təsiri olmayacaq, ya da onu yavaşladacaq" deyərək açıqlayır. Lupyan belə davam edir: "Əgər axtardığınız şeyin bir diş fırçası olduğunu bilirsinizsə, şəklinin və necə göründüyünün fərqindədirsinizsə, yüksək səslə "diş fırçası" deyərək beyninizdəki vizual mərkəzləri aktiv edib əşyanı tapmağa köməkçi olmasını təmin edirsiniz".

Gələcəkdəki işlər üçün Lupyan könüllülərlə təcrübələri həyata keçirərkən bir tərəfdən də beyinlərini yoxlamanın hansı beyindaxili dövrələrin müddəti idarə etdiyini anlamaq baxımından faydalı olacağını bildirir.

Lupyan və həmkarı Daniel Swingley bu işdən əldə etdikləri nəticələri 10 apreldə "Quarterly Journal of Experimental Psychology" adlı internet ünvanında əsaslı bir şəkildə təqdim etmişlər.

13 yanvar 2014
GO BACK