Çoxmu əsəbisiniz? Stressin səbəbləri, əlamətləri nələrdir? Müasir dövrümüzdə stressiz həyat demək olar ki mümkün deyil.. Stressi tamamilə yox etmək mümkün deyil, lakin bu məsləhətlərin sayəsində onu minimuma endirməyiniz öz əlinizdədir.
1. İdman edin. İdman bədəndə xoşbəxtlik hormonunu çoxaldaraq rahatlanmağınıza kömək edir. Arıqlamaq üçün deyil, sağlam və xoşbəxt olmaq üçün idman edin..
2. Düzgün qidalanın. Stressli olduğunuza görə tort, keks, kartof-fri (çipsi), və s. bu kimi qidalardan həddən artıq istifadə etməyin. Bu əsəbinizin azalmasına müsbət təsir göstərməyəcəkdir. Bədən və beyninizə faydalı yeməklər yeyin. Yaşıl rəngli qidalar həm də ruhən sakitlşməyinizə kömək edir..
3. Səbəbi tapın. Stressin sizdə daha mənfi emosiyalar yaratmağına imkan verməyin. Stressə səbəb olan vəziyyəti düzəltməyə çalışın. Problemi içinizdə saxlamayın, yaxın bir dostunuzla bölüşün. Bölüşmədiyiniz və artan problemlərinizi ürəyinizdə saxlamaq sıxıntınızı daha da artıra bilər.
4. Daima xoşbəxt olun. Həyatda bəzən xoş olamayan şeylər ola bilər. Stress səbəblərini sakitcə qarşılayın.. Yaxşı xoş hadisələrə görə isə təşəkkür edin.. Beləliklə, günəşli havanı buludlu və tutqun havadan daha çox ayıra bilərsiniz.
5. Biraz əylənin. Əgər daima nələrləsə məşğulsanız, özünüzü unutmayın.. Əgər əyləncəli nəsə etmək şansınız varsa edin və qalan şeyləri ağlınızdan çıxarın.
6. Dərin nəfəs alın. Stressli olduğunuzu fikirləşdiyiniz vaxtda dərin bir nəfəs alın. İnsanların rahatlanmaq, yüngülləşmək üçün seçdikləri yollar fərqlidir. Gözəl havada gəzinti, meditasiya və ya ürəyinizcə vanna qəbul etmək sizi rahatladar.
7. Yatın. Yatmaq oyanandan sonra bəzi hadisələri fərqli baxışla götür-qoy etmənizə kömək ola bilər. Sakit şəkildə problemin həll yollarını fikirləşə bilərsiniz.
Stressiz həyat arzulayıram sizlərə əziz xanımlar...