Qadin.NET / Yağışlı havada darıxmamaq üçün...

Yağışlı havada darıxmamaq üçün...

Budur payız gəlib yetişdi. Yağışıyla, küləyi ilə gözəllik qatdı təbiətə. Evimizin pəncərəsindən baxarkən bir-bir yarpaqlarını tökən ağaclar bizi daha da üşüdür sanki. Bəzilərimiz payızı sevir, bəzilərimiz yox. Bəziləri isə sadəcə pəncərə arxasından seyr etməyi sevir. Əgər yağış yağırsa və sizin kənara çıxmaqçün vacib bir işiniz yoxdursa evinizdə də gününüzü əyləncəli keçirə biləcəyiniz bir-iki üsul təklif edəcəyəm.

Yağışlı havada darıxmamaq üçün...

Ağıla  ilk gələn şey film izləmək olur. Romantik bir film. Dəfələrlə izləsəniz də doymadığınız filmlər olsa daha gözəl alınar məncə.

Yağış damcılarının sədası altında romantik filminizi izləyərkən isti şokolad içmək ləzzəti keyfi. Şokolad həm xoşbəxtlik hormonlarımızı hərəkətə gətirir, həm də dişlərimizi möhkəmləndirir. Evdə isti şokolad hazırlamağın tərifi. Lazım olanlar: süd, şokolad, vanil, istəyə görə krema. Əvvəlcə şokoladı əridin, sonra onu süd ilə dadlandırın, daha sonra vanil əlavə edin. Zövqə görə krem də ola bilər.

Yağışlı havada darıxmamaq üçün...

Qoxuların psixologiyamıza, əhvalımıza böyük təsiri var. Evinizdə sevdiyiniz lavanda, darçın, vanil və s. kimi qoxulu çubuqlarla xoş aura yarada bilərsiniz. Bu həm də sinirlərinizi sakitləşdirəcək.

Yağışlı havada darıxmamaq üçün...

Ən sevdiyiniz musiqilərə qulaq asmaq ruhunuzu oxşaya bilər. Bunun üçün sevdiyiniz şəraiti yaradın. Məsələn, sizdə gözəl və nostaljik xatirəsi olan şəkilləri çıxarıb çarpayınıza düzün, çəhrayı, qara şamların işığı gözünüzü oxşayarkən ətrafınızdakı gözəl qoxuların təsirində musiqinin ritminə dalın.

Yağışlı havada darıxmamaq üçün...
Vanna otağı bəzilərinin vaz keçilməzidir. Elə insanlar var ki xüsusilə vanna otağının dizaynına, formasına diqqətlə yanaşır. Çünki ən stresli anlarını məhz duş altında ya da vannada keçirirlər. Su insanın əsəblərinə ən tez təsir edən elementdir məncə. Siz də həm ruhunuzu həm bədəninizi dinləndirməkçün vanna otağında vaxt keçirə bilərsiniz.
Yağışlı havada darıxmamaq üçün...
Hobbilərinizi belə gündə yoxlamağa dəyər. Evinizçün aksessuar düzəltməyə cəhd edə bilərsiniz.
Yağışlı havada darıxmamaq üçün...
Yağlı boya ilə məşğul olmağı sevənlər belə havadan ilham alıb heç gözləmədikləri nəticəni əldə edə bilərlər.
Yağışlı havada darıxmamaq üçün...
Kitab oxumağı sevənlər sevimli adyallarına bürünüb kitab oxumaqdan daha da zövq ala bilərlər.
Yağışlı havada darıxmamaq üçün...
Əziz bacılarım, bir məsləhətim daha var. Hər kəs yəqin ki yuxarıdakılardan birini də olsa sevdi (ümid edirəm). Yağış yağanda Rəbbim rəhmət qapılarını açır. Bu vaxt içdən, səmimi dua etsəniz inşaAllah xeyirlisilə daha tez yerinə yetər. Dua möminin qalxanıdır. Rəbbim hər birinizin xeyirli dualarını qəbul etsin. 
19 noyabr 2013
GO BACK