Sevimli və əziz insandan ayrılmaq-insan psixologiyası üçün ən ağır emosional sınaqdır.Əksər hallarda bu,tərk edilənə və ayrılığa səbəbkar olana heç də asan başa gəlmir. Bu və ya digər hallarda insan bir çox mənfi hiss və düşüncələrə dalır-günah hissi, küskünlük, inamsızlıq, başqaları tərəfindən qiymətləndirilməmək, münasibətlərdə özünü reallaşdıra bilməmək kimi.
Ayrılıq acısından müəyyən qədər azad olmanın yolları:
1. Ağlayın:Stressdən azad olmağın çox asan bir yolu var.Göz yaşları orqanizmdən əsəb gərginliyi zamanı yaranmış pis enerjini çıxardır.Ona görə də özünüzə məhdudiyyət qoymayın,bütün günü ağlamaq istəyirsinizsə,bütün günü ağlayın.Bir ay ağlamaq istəyirsinizsə,bütün ay boyu ağlayın.Ağladıqca yüngülləşəcək,dərdiniz bir az azalacaq.
2. Fikirləşin:Bir az sakitləşdikdən sonra sağlam şəkildə düşünün.Özünüz üçün ayrılığın nə olduğunu müəyyənləşdirin. O, sizə nə deyir? Əgər günahkar siz deyilsinizsə,heç bir halda fikirləşməyin ki,siz bu həyatda yararsızsınız,öz partnyorunuza qarşı diqqətsizsiniz,onun və ətrafının xoşuna gəlmirsiniz. Bu heç də o anlama gəlmir.Əgər ayrılmağınızın səbəbkarı sizsinizsə,o zaman da özünüzü
mənəviyyatsız,qəddar,eqoist kimi günahlandırmayın.Siz hər şeyi düzgün etmisiniz.Əgər münasibətiniz sizə yaxşı bir şey vermirsə,niyə özünüzə əzab verəsiniz ki?Zamanında ayrılmaq, ən doğru seçiminizdir.
Biz mükəmməl deyilik.Biz dünyadakı insanlar barəsində hər şeyi bilə bilmərik.Başqalarının fikirlərini oxumağı da bacarmırıq.Səhvlər etmək,sevdiyimiz insanları ideallaşdırmaq,dünyanı çəhrayı rəngdə görmək bizə xas olan xüsusiyyətlərdir.Və beləliklə, zaman keçdikcə sevdiyimiz insanın real cəhətləri bizimkilərlə uzlaşmır.
3. Şam: Özünüzlə təklikdə qalın.Otaqda şam yandırın və ona baxın bütün fikrinizi bir yerə cəmləşdirərək.Təsəvvür edin ki,sizin ayrılıq acınız,sıxıntılarınız,bütün olanlar mumla birgə əriyir.
4. Daş: Yolda, yaxud dəniz kənarında bir daş tapın.Bütün küskünlüklərinizi ona söyləyin.Hal-hazırda nə hiss etdiyinizi danışın ona.Xoşagəlməz hisslərinizlə vidalaşın və o daşı suya tullayın həm də var gücünüzlə.Nə qədər uzağa tullasanız,mənfi hissləriniz də sizdən bir o qədər uzaqlaşacaq.
5. Məktub: Kağız və qələm götürün. Sevdiyinizə məktub yazın.Nə qədər istəyirsinizsə,yazın.Bu məktubda nələri hiss etdiklərinizi,hal-hazırda özünüzü necə hiss etdiyinizi,münasibətiniz zamanı səhvlərinizi,onun səhvlərini,ürəyinizdən keçən hər şeyi yazın.Və deyəcək sözlərinizin bitdiyini düşündüyünüz halda məktubu qəlbiniz tam soyuyanacan cırın getsin.
6. Meditasiya edin:Özünüz üçün “Tənhalıq gecəsi,tənhalıq bayramı”qeyd edin.Öz-özünüzə əmin olun ki,siz tək də yaşaya bilərsiniz və bu hal sizin xoşunuza gəlir.
Allah heç birimizə ayrılıq nəsib etməsin.Amin!Əzizlərim ,bəs sizin ayrılıq acısı ilə mübarizənizdə hansı vasitələr yardımçı olub?