Həmişə getdiyiniz məkanda görüşün
Gərginliyi atmağın ən yaxşı yolu görüşü planlamaqdan keçər. Sevdiyiniz restoran və ya tanıdığınız bir yerə getməyin üstünlüyündən istifadə edin. Məkan rahatlıq üçün əsas faktorlardandır.
Görüşdən əvvəl idman edin
Gərginliyi özgüvənə çevirmək üçün endorfinə ehtiyacınız var. Siz görüşdən əvvəl güclü və rahat hiss etmək istəyirsinizsə, idman edin.
Görüşdən əvvəl məşğuliyyətiniz olsun
Gərginliyi uzaqlaşdırmağın ən asan beyni məşğul etməkdir. Görüşdən əvvəl beynizi məşğul edən bir iş tapın. Vaxtınızı geyimlərinizi seçməyə və sizə dəstək olacaq dostlarınızdan tövsiyə alaraq keçirin.
Musiqi dinləyin
Görüşdən əvvəl enerjili hiss etmirsinizsə, sevdiyiniz və hərəkətli musiqilər dinləyin. Sizə motivasiya verəcək mahnılar dinləyin.
Dərin nəfəs alın
Dörd saniyə nəfəsi alın, sonra 3 saniyə nəfəsi buraxın. Bunu 3 və ya 4 dəfə təkrar edin. Gərginliyin yox oldğunu görəcəksiniz.