Qadin.NET / Müsbət düşünməyin münasibətə təsiri

Müsbət düşünməyin münasibətə təsiri

 

Müsbət düşünməyin münasibətə təsiri

 

Pozitiv düşünmək, öz düşüncələrinizə müdaxilə edərək, ürəkdən olmayan düşüncə və davranışları yox etməyin və bunları pozitiv düşüncələrlə dəyişdirmənin yoludur. Bunun sayəsində uzun müddət həm fiziki, həm də psixoloji faydalara əldə edilə bilir. Əgər düzgün tətbiq etsəniz münasbitənizin keyfiyyətini artıra bilər.

Pozitiv düşüncələr münasibəti düzəltməyin ən asan bir yoludur. Bu fikrin əsasında, insanların bədbəxtlik haqqında olan düşüncə modelləri dayanır. Pozitiv düşünmək düşüncələrinizin fərqində olmaq, neqativ düşüncə modellərini tanımaq və dəyişdirməkdir. Düşüncə modelləri sadəcə kəlimlələrlə yox, görüntülərlə ola bilir.

Müsbət düşünməyin münasibətə təsiri

 

İlk addım, özünüzə günün fərqli vaxtlarında " bu an nə düşünürəm?" deyə soruşmaqdır. Özünüzlə bağlı düşüncələrinizin fərqində olmaq avtomatik hala gələnə qədər bunu edin. Son addım isə mənfi düşüncələri, müsbət düşüncələrlə dəyişdirməkdir. 

Mücbət düşünməkdə bacarıqlı olduğunuzda bunu münasibətinizə də tətbiq edin. Xoşbəxt münasibətlərdə şəxs adətən partnyoru, özündən daha yaxşı görə bilir. Bunun nəticəsində partnyorunuzun xarekterini tanıdıqdan sonra onun sizə layiq olduğunu düşündükcə münasibətiniz daha yaxşı olacaq. Xüsusilə, eynisini o sizin üçün edərsə..

Özünüzə yaxşı baxmaq və özünüzü inkişaf etdirmək münasibəti yaxşılaşdıran faktordur. Xüsusilə də, duyğusal sağlamlığa yaxşı təsir edən şeylər başqa münasibətlərində yaxşılaşmasına təsir göstərir. İdmana və ya gitara öyrənməyə başlaya bilir, siqareti buraxa bilir və ya sevginizi göstərən başqa bir şey edə bilərsiniz. Bunun sayəsində qarşı tərəf üzərinə yüklədiyiniz duyğusal bağlanma azalar və partnyorunuzun yükü azalar. 

Münasibətlərdə müsbət düşünmənin ən əsası bağışlayan olmaqdır. Hər kəsin qüsuru vardır, hər kəsin bir gün bağışlanmağa ehtiyacı vardır.

5 fevral 2017
GO BACK