Qadin.NET / Aşiq olmaq və aşiq qalmaq

Aşiq olmaq və aşiq qalmaq

ÖZÜNÜZLƏ XOŞBƏXT OLUN
GÖZLƏMƏSİZ OLUN
Əlaqə bir ehtiyac deyil. İnsanlar xoşbəxt olmaq üçün bir əlaqəyə möhtac olduqları səhv inancından xilas olmalıdırlar ki, gerçək paylaşmalarda ola bilsinlər, gerçək sevgini təcrübə etsinlər. Əlaqələrin yanacağı coşğu və gözləməsiz sevgi olmalıdır. Gözləmələr və planlar anı xatirə yaşamağı mane olar və narahatlığa səbəb olarlar.Xatirə yaşayan, anın xoşbəxtliyini tutan cütlər uzun davamlı xoşbəxtliyi tutarlar. Əlaqələrinizdə nəticə mərkəzli deyil, müddəti xoşbəxt yaşayan kəslər olun.

Bir insana aşiqsinizsə, yalnız bir baxışı içinizi titrədər. Bir toxunuşu bütün bədəninizi ələ keçirər. Onunla əhatə edilərsiniz və bu hal sizi xöşbəxt edər. Eşq öz varlığınızla birlikdə, bütün dünyanı daha dərindən hiss etmənizə səbəb olar. Bu hisslərin uzun sürməsi və möhkəm bir münasibət üçün mənim təkliflərimə qulaq asın.

Özünüzlə xoşbəxt olun: Özünüzdən məmnun deyilsinizsə, bir əlaqə bu vəziyyəti dəyişdirməyəcək. Hətta sağlam və qarşılıqlı bir əlaqəni davam etdirmənizi də çətinləşdirəcək. Tənha ikən xöşbəxt ola bilməyən biri, bir başqasıyla da xöşbəxt ola bilməz. Özüylə eşqbazlıq edə bilməyən, özünə heyranlıq duymayan birinin uzun bir əlaqəni davam etdirməsi çətin olacaq. Özünüzü sevmirsinizsə bir başqasının sizi sevməsini gözləyə bilməzsiniz. Özünüzə səmimi bir sevgi bəsləyin, dəyişdirməniz lazım olan xüsusiyyətlərinizi partnyorunuz üçün deyil, öz xöşbəxtliyiniz üçün dəyişdirin.

Yoldaş olun: Əlaqəni davam etdirən keçici həyəcan ya da zövqlərdən çox yoldaşlıq, qarşılıqlı hörmət, heyranlıqdır. Uzun əlaqələr inkişaflarını möhkəm bir yoldaşlıq təməlinə borcludur. Partnyorunuzu dinləməyə həmişə hazır olun. Onun özünü sizin yanınızda rahat hiss etməsi üçün ona dostca davranın.

Sərbəst və səmimi olun: Ünsiyyətlərdə tənqid və mühakimə etmək yerinə hisslərdən bəhs etmək, problemli situasiyalarda isə həlli yolunu tapmağa cəhd etmək əlaqənin gələcəyi üçün çox vacibdir. Münasibətlərinizdə səmimi olun və hisslərinizdən bəhs etməkdən çəkinməyin.

Ortaq maraq sahəsi yaradın: Əlaqələr birlikdə keçirilən zamanın uzunluğu ilə deyil, keyfiyyətiylə inkişaf edər. Ortaq maraq sahələri yaratmaq tərəflərin bir-birlərinə bağlanması və əyləncəli vaxt keçirməsi baxımından olduqca əhəmiyyətlidir. Ehtiraslı əlaqələrin ən böyük sirrinin birlikdə əylənə bilmək olduğunu unutmayın.

Hörmət edin: Həm özünüzə, həm də partnyorunuza hörmət etmək, fikirlərini və ehtiyaclarını nəzərə almalısınız. Həmfikir olmasanız da onu anlamağa çalışmaq əlaqənizi daha uzunmüddətli və sarsılmaz edəcək.

8 mart 2011
GO BACK