Qadin.NET / Knut Hamsunun əsərlərindən 10 sitat

Knut Hamsunun əsərlərindən 10 sitat

Knut Hamsunun əsərlərindən 10 sitat

Norveç yazıçısı, ədəbiyyat üzrə 1920-ci il Nobel mükafatı laureatı Knut Hamsun 4 avqust 1859-cu ildə anadan olmuşdur

Onun tərcümeyi-halına münasibət heç də birmənalı deyil. Amma yumşaq desək, haqqındakı ziddiyətli məqamlara baxmayaraq, Knut Hamsun XIX-XX əsr Avropa ədəbiyyatı üçün orijinal fiqura çevrilmişdir. O, bu gün də Skandinaviyanın məşhur və populyar yazıçılarından biri hesab edilir. Hələ özü həyatda ikən əsərləri klassikaya çevrilən müəllif istedadlı, hansısa məqamda isə sadəcə olaraq dahi rəssam və misilsiz söz ustası olmuşdur.

 

Bu da onun əsərlərindən dilimizə çevirdiyim bir neçə sitat:

 

***

Yaxşılıq əksər hallarda izsiz keçib gedir, pislik isə hər zaman ağır nəticələrə səbəb olur

(Torpağın bərəkəti) 

Knut Hamsunun əsərlərindən 10 sitat

***

Elə adamlar var ki, büdrədikdən sonra ayağa qalxıb həyatda rahatca addımlaya bilirlər, sanki böcək əzmişlər kimi, amma başqa bir qism də var ki, heç cürə ayağa qalxa bilmir. (“Xəlvəti oynayan qərib”)

 

*** 

Həyat qəlbindəki və beynindəki şeytanlarla arandakı bitməyən müharibədir (“Misteriyalar”) 

 

*** 

Sevgi cəhənnəm nəğməsidir və onun sədaları altında hətta qocaların da qəlbləri rəqs etməyə başlayır. (“Viktoriya”)

 

***

Doğurdan qəribədi – vasitəni hədəfə çevirmək və onunla fəxr etmək! (“Torpağın bərəkəti”)

 

*** 

Sevinclərimizin də, kədərlərimizin də mənbəyi bizdən başlayır (“Pan”)

 

***

 

Özündən və ətrafdakılardan hər zaman  məmnun qalmaq üçün müəyyən qədər ağılsızlığa da ehtiyac var (“Xəlvəti oynayan qərib”)

 

***

Cəmiyyət uşaq gözləyən subay qadına nifrət edir. Onu qorumamaqla bərabər, həm də təhqir və rüsvay edərək təqibə məruz qoyur. (“Torpağın bərəkəti”)

 

*** 

Yaşamaq haqqı o qədər səxavətli, o qədər layiq olmayan bəxşişdir ki, həyatın bütün əzablarını artıqlaması ilə ödəyir, sonuna kimi. (“Xəlvəti oynayan qərib”)

 

***

Yaxşı bir şey baş verəndə Yaradanla əlaqələndirir, pis hadisə baş verdikdə Tale adlandırırlar. (“Avaralar”)

 

 

 

Tərcümə etdi və hazırladı: Xatirə Nurgül

15 fevral 2018
GO BACK