Qadin.NET / Fədakarlıq möcüzəsi

Fədakarlıq möcüzəsi

 

Fədakarlıq möcüzəsi

 

Bəzən ürəyimiz sıxılar və biz heç bir şey edə bilməyəcəyimizi düşünərik. İdarəmizi itirəcəyimizə inanarıq, nəfəs alışımız sürətlənər, sıxışdırar insanı, ölüm gəlir ağılımıza, normal şərtlərdə heç xatırlamaq istəmədiyimiz halda dərinlərdə bir yerə, bir anda, gündəm olar bütün bədənimizdə.

…Ölmək, bu dünyadan tərki-diyar etmək, imtina etmək əlindəkilərdən, qazanılıan  hər şeyi buraxmaq... İndilərdə qazandığımız nələri buraxa bilirik gerilərdə, nələri fəda edə bilirik. Çox çətin, heç bir qarşılıq götürmədən buraxa bilmək.

Yaxşı, bunun qəbul edən psixoloji istiqaməti nədir? Nə faydası var ki bizə? Buna psixologiyada altruizm, inanc sistemində isar deyirik, daha bir çox din və nüfuzda bir adı mövcud. Xristianlıqda sandviç nəsli deyilir bu vəziyyətə, yəni həm özünə, həm ailəsinə, həm uşaqlarına yetişən nəsil deyə təyin edirlər. Xoşbəxtliyi belə axtarırlar və tapdıqlarını söyləyirlər.

Yenə Mövlananın bir sözü var: "Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şeylər itirməz". Bəli, itirməz, əksinə qazanar. Digər bir faydası ortaya çıxar ki, o da işə yaradığını hiss edən insan, özünə ehtiyac olduğunu düşünən insan depressiyaya girmə ehtimalı olduqca aşağıdır. Çünki yaşatma məqsədilə yaşayır. Burada təbii ki, ifrata düşməmək, hər vəziyyətdə balanslı olmaq lazımdır. Özünüzü həddindən artıq əldən salmaq da bir problemdir, hətta özünü heç düşünməmək də xəstəlikli bir düşüncə formasıdır. Həddindən artıq etmə halı da psixoloji problemdir, iç qarşıdurmadan fədakarlıq edərək çıxmağı bacarmaqdır. 

Fransız August Comte  düşünür: hər fərdin digərlərinin haqlarının qorunmasında, ya da insanlığın daha yaxşıya çatdırılmasında əxlaqi məsuliyyətinin olması altruizm olaraq adlandırılan etik qaydanı meydana gətirmişdir. Altruizm, digərlərinin mənfəətlərini öz mənfəətlərindən üstün tutaraq digər insanlara xidmət edilə bilməkdir. 

Altruizmin kollektiv məsuliyyət anlayışını ortaya çıxaran fikri bir yanaşma olduğunu söyləyə bilərik. Çünki kollektiv məsuliyyət anlayışı həm zərərə səbəb olan şəxsləri sorğulayar və həm də bu şəxslərə zərər yaratmalarına icazə verdikləri üçün bütün digər insanları da günahkar tutar. Çünki hər şəxsin daşıması lazım olan fərqli məsuliyyətlər vardır. Məsələn, hökumətlər vətəndaşlarının vətəndaşlıq haqlarını qorumaqdan məsuldurlar, şirkətlər işçilərinin insan haqlarına hörmət göstərməkdən və bu haqlar mövzusunda onları cəsarətləndirməkdən məsuldurlar, vətəndaşlar qanunlara uyğun gəlməkdən məsuldurlar və vətəndaş cəmiyyət quruluşları isə kollektiv şüur yaradaraq qərar vermə müddətlərinə aktiv iştirakı təmin edərək, ictimai rifah səviyyəsinə qatqı yaratmaqdan məsuldurlar.

Kollektiv şüur fransız ictimai alim Emile Durkheim tərəfindən yaradılmış termindir. Kollektiv şüur meydana gətirmək fərdləri paylaşdıqları bənzər dəyər və ya dəyərlər ətrafında bir araya gətirmək mənasını daşıyır və STK-lərin təşəkkül etməsində əhəmiyyətlidir. Yəni "mən" olma vəziyyətindən "biz" olma vəziyyətinə keçməkdir ki, bu vəziyyət insani mənada mərtəbə qət etmək, özünü tamamlamaq yolunda böyük addımdır.

Bu ekoloji sistemdə nə olduğunun əhəmiyyəti yoxdur. Bir işin ucundan tutmaq, sistemdə işə faydalı olduğumuzu görmək xoşbəxtlik bəxş edən və bəsləyici bir hərəkətdir.
25 iyul 2011
GO BACK