Əgər imtahandan əvvəlki gecədə yastıq altına öyrənmək istəyəcəyiniz qeydləri qoysanız, bunları öyrənə bilmək şansı nə qədər olar?
Çoxumuz bu üsulun köməkçi olacağına ümid etsək də, çox təəssüf ki, yastıq altındakı məlumat beynə bu üsulla sızmaz. Amma bu, yatarkən bir şeylər öyrənməyəcəyiniz mənasına gəlməsin. Elm adamları necə işlədiyindən tam əmin olmasalar da, adamların yuxu zamanı bəzi şeyləri öyrənmələrinin mümkün olduğunu kəşf etdilər. Yuxudaykən öyrənmə texnikalarını istifadə edərək bəzi şeyləri öyrənmək mümkün və daha asandır. Necə? Elə isə tanış olun.
Yuxudan faydalanaraq xarici dil öyrənmək (ingiliscə öyrənmək)
Yatarkən beyin fəaliyyətindəki yavaş dalğalar yeni kəlmələrin öyrənməsini asanlaşdırır. Bir təcrübədə tədqiqatçılar ana dili almanca olan adamlara bəzi hollandca kəlmələr verdilər. Sonrasında iştirakçıların məlumatı olmadan və onlar yatarkən bəzi kəlmələri öyrənərək oyandılar. Eyni araşdırmada bəzi iştirakçılar oyaq idi və yatan iştirakçıların eşitdiyi bütün kəlmələri eşitdilər. Daha sonra yatan iştirakçıların oyaq iştirakçılara görə kəlmələri daha yaxşı xatırladıqları məlum oldu.
Yatarkən musiqi melodiyalarını öyrənmək
Yeni bir melodiya öyrənməkdə problem yaşayırsınız? Sizə kiçik bir məsləhət: yatarkən melodiyanı dinləyin. Başqa bir yuxu öyrənmə araşdırmasında yatan və yatmayan iştirakçılara bir gitara meloiyasının videosu izlədilir. Daha sonra yatan iştirakçıların yatmayanlardan daha yaxşı melodiyanı xatırladıqları aşkar edildi.
Öyrənmə texnikası ilə xatirələri xatırlamaq
Yatarkən tam olaraq xatirələri öyrənmərik. Ancaq bir qrup tədqiqatçı yuxu əsnasında xatirələrə sadiq qalacağını təsdiq etdilər.
Beynimiz lazımlı təcrübələri və lazımsız olanlar arasında xüsusi bir ayrı-seçkilik üsulu “etiketləmə sistemi” istifadə edir. Lazımlı olan uzun müddət yaddaşda yığılır. Lazımsız olanlar isə bir gözləmə sahəsində gözlədilir və zaman gəldiyində yeniləri ilə əvəz edilir.
Araşdırmalar nəticəsində səsi və ya qoxunu istifadə edən insanların xatirələrinin lazımsız olsalar belə, daha yaxşı qavrayacaqları tapıldı. Bir qrup iştirakçıya kompüter simvollarını nizamlamaqla əlaqəli bir şeylər öyrətməyə çalışıldı. İştirakçıların bir qismi yatırıldı və kompüterdən çıxan səslər dinlədildi. Yatamayan şəxslərə görə yatanların daha yaxşı öyrəndikləri aydın oldu.
Başqa bir araşdırmada səs yerinə qoxu istifadə edildi. Gül qoxusuna məruz qalan iştirakçılara bir şeylər öyrətməyə çalışıldı. İştirakçıların bir qismi yatdığı zaman gül qoxusunu qoxlamağı təmin etdilər. Yenə də yatanların yatmayanlardan daha yaxşı öyrəndikləri kəşf edildi.