Argentinalı yazıçı, şair, tərcüməçi Xorxe Luis Borxes ədəbiyyatda magik realizmin əsas simalarından biridir. Hekayələrindəki sürrealist təsvirlərlə də seçilən Borxes üçün labirint, yuxu və güzgülər yaradıcılığında fetiş rol oynamışlar. 1955-ci ildə diktator Xuan Peronun devrilməsindən sonra ölkənin Milli Kitabxanasının rəhbəri təyin olunur. Bu dövrdə görmə qabiliyyətini tamam itirən yazıçı “mənə eyni anda 800.000 kitabı və qaranlığı verən Tanrının ironiyası” deyə həqiqətə boyun əymişdir.
“Ətrafımda kitablar olmasa, yata bilmirəm. Cənnəti böyük bir kitabxana kimi xəyal edirəm həmişə. Mən həyatı yaşamadım, oxudum.”
Anlar (Jorge Luis Borxes)
Əgər yenidən başlaya bilsəydim yaşamağa,
İkincisində daha çox səhv buraxardım.
Qüsursuz olmağa çalışmaz, beli üstə yatardım.
Şən olardım, ilkində olmadığım qədər,
Çox az şeyə ciddi yanaşardım.
Təmizlik əngəl olmazdı heç cür.
Daha çox risk edərdim.
Səyahət edərdim daha çox.
Daha çox günəş doğuşu izlər,
Daha çox dağa çıxardım, daha çox çayda üzərdim.
Görmədiyim bir çox yerə gedərdim.
Dondurma yeyərdim doyunca və daha az noxud.
Xəyali problemlərim yerinə həqiqiləri olardı.
Həyatın hər anını həqiqi və faydalı görən insanlardanam mən.
Yenidən başlaya bilsəydim əgər, ancaq xoşbəxt anlarım olardı.
Hiss edirsinizmi bilmirəm. Həyat budur elə.
Anlar, yalnız anlar. Siz də bu anı yaşayın.
Heç bir yerə yanında termometr, su, çətir və paraşüt almadan,
Getməyən insanlardan idim mən.
Yenidən başlaya bilsəydim əgər, heç bir şey daşımazdım.
Əgər yenidən başlaya bilsəydim,
Baharda ayaqqablarımı çıxardıb atardım,
Və payız bitənə qədər gəzərdim yalın ayaqlarla.
Bilinməyən yollar kəşf edər, günəşdən həzz alardım,
Uşaqlarla oynayardım, bir şansım olsaydı əgər.
Amma budur 85 yaşımdayam və bilirəm…
ÖLÜRƏM…
Şeir sonrası sayıqlamalar:
“Zaman hər şeyi sağaldır, ya zamanın özü xəstəliksə?!”
Hər şey çox boş, sözlərlə ifadə təsəllidən başqa bir şey deyil.
Alber Kamyu
Bu dəfəki tüstü sanki bütün bədənini deyil, ruhunu da sardı. Beyninin neyronları tərəfindən artırılan endorfinin təsiri heç vaxt əldə etmədiyinin xəyali itkisindən doğan ağrıları azaltmaq üçün sinirləri keyləşdirirdi. Dahasına ehtiyac var idi, “bəlkə morfin?!” deyə fikirləşdi bir an.
Keçib getdi, yenə gələcək, olsun!
Zaman nə vaxt başladı, məkan harada bitir? Yoxsa əvvəldən belə idi(m)?
Hiss etməyin rəngi? Qırmızı olmalı məncə, qanımı dondurursan çünki, zamanı dondurduğun kimi. Amma kor şair qabaqlayıb məni deyəsən: Borclu qalmamağa çalışıram, həyatı oxuyaraq yaşadım, məsələn…