Qadin.NET / Vaqon problemi

Vaqon problemi

 Vaqon problemi

Aldığımız qərarlarda iradəmizə nə dərəcə hakim ola bilirik? Biz beynimizi istiqamətləndiririk, yoxsa beynimiz bizi?

Düşüncəmizə kömək etmək üçün mövzuya filosof Philippa Foot və Judith Jarvisin ortaya qoyduğu "vaqon problemi"  (trolley dilemma) ilə baxmağa çalışaq.

Bir qatar yolunun yaxınlığındasınız. Birdən bir gurultu sizi səksəndirir. İçində sürücüsünün olmadığı bir vaqonun qatar yolu boyunca sürətlə irəlilədiyini görürsünüz. İrəlidə qatar yolunda beş işçi gələn qatara üzü dönük işləyirlər. Şəhərin gurultusu səbəbindən işçiləri çağırıb onları xəbərdar etmək imkanınız yoxdur, onların vaqon altında qalacaqları qətidir. Həmin vaxt yaxınlığınızda vaqonu digər reysə keçirəcək qolun olduğunu görürsünüz. Əgər qolu çəkə bilsəniz,  vaqon yolunu dəyişib digər reysə keçəcək və işçilər xilas olacaqlar. Birdən diqqət edirsiz ki , vaqon yolunu dəyişib getdiyi reysdə də gələn vaqondan xəbərsiz bir işçi işləyir və onu da xəbərdar etmək imkanınız yoxdur.

Bu vəziyyətdə iki seçimdən birini etməlisiniz. Ya vaqonu digər reysə keçirəcək qolu çəkməyəcəksiniz və beləcə, reyslər üzərində işləyən beş işçinin vaqon altında qalaraq ölməsinə əngəl olmayacaqsınız, ya da qolu çəkərək vaqonu digər reysə keçirməklə beş insanın həyatını xilas etmək uğruna bir insanın həyatını fəda edəcəksiniz. Hansını seçərdiniz?

Ssenarini burada  sonlandırmayıb davam edək. Bu dəfə də altından qatar yolu keçən körpünün üstündəsiniz. Yanınızda heç tanımadığınız kök bir adam var. Yenə ssenarimizə uyğun olaraq içində sürücüsü olmayan bir vaqonun gəldiyini  görürsünüz və yenə də gələn vaqondan xəbərsiz beş işçi  qatar yolunda işləyirlər. İşçiləri gələn təhlükədən xəbərdar etmək imkansızdır. Ancaq beş adamı təhlükədən qorumaq üçün bir imkanınız var. Əgər tanımadığınız kök adamı körpüdən itələyib aşağı atsanız, reyslər üzərinə düşəcək və beləcə, gələn vaqonun yolunu kəsib beş insanın həyatı qurtarılacaq.

Ssenarinin ikinci vəziyyətində nə edərdiniz? Adamı aşağı atıb beş insanı xilas etməyi seçərdiniz, yoxsa vaqonun keçib getməsini və beş insanın ölməsini istərdiniz?

 

Əslində hər iki ssenaridə beş insanı qurtarıb bir insanı fəda etmək sizin əlinizdə olduğu və eyni nəticə alındığı halda, iki ssenaridə niyə fərqli hərəkət edirik?

Bu ssenari Bostondakı Harvard Universitetində Marc Hauser tərəfindən 300 mindən çox insanla test edilmiş, birinci ssenaridə insanların çoxu beş insanı qurtarmaq üçün bir insanı fəda edərək qolu çəkərkən, ikinci ssenaridə insanların demək olar ki, çoxu bir insanı vaqonun altına atmaqdan çəkinmişlər, yəni beş insanın ölümünü seyr etmişlər. İkinci ssenaridə yalnız hər altı adamdan biri adamı vaqonun altına atmağı düşünmüşdür.

 Ssenari Amerikadan Çinə qədər anlayacaq  hər yaş qrupuna, kişi və qadına, tələbəyə, akademikə, işçiyə, inanclı və inancsıza test edilib və hər dəfə də nəticə eyni olub. Buradakı qərar mexanizmi bir insanın ölmündən özmüzü aktiv və ya passiv olaraq nə dərəcədə günahkar tutacağımız ilə bağlıdır. 

Ardı var...

1 avqust 2014
GO BACK