Türkiyənin"Sızıntı" jurnalnda çox maraqlı bir məqaləyə rast gəldim. Səhv etmirəmsə, ya 2003 idi,ya da 2004-cü il. Azərbaycanca tərcümə etdim gördüm ki, ritmik tərcümə olunur, mən də şer şəklinə saldım.
Kitab olsaydı həyatın əgər?
Gəl həyat yaradaq sənə kitabdan,
Fərqli düşüncədən, fərqli məkandan.
Bir kitab olsaydı həyatın əgər,
Könül kitabxananda bir yer düşünək.
Tarix kitabımı? Yoxsa fəlsəfə?
Bəlkə fərqli məkan? Fərqli mənzərə?
Göz dəyən yerdəmi istərdin olsun?
Yaxud da gizli bir məkan seçərdin?
Diqqətlə baxanlar görməsin onu.
Bəlkə də unudub baxmazdın ona.
Ancaq baxanları düşün bir anda.
Görəsən oxucu necə düşünür?
Maraqli gələrmi oxumaq ona?
Yoxsa bağlayıb atar kənara.
Ən kədərli, sevincli anlarını oxusa
Sonra agiz buzərək kitabını bağlasa.
Hansl hissi yaşayib, görəsən nə edərdin?
Ən sevimli gününə kədərli bir baxişla
Ən kədərli gününə sevimli bir baxişla
Ən maraqli gününə maraqsizca baxsaydı
Görəsən nə düşünüb, hansı hissi duyardın?
Kitabinda hər sözə, hər cümləyə baxsaydı.
Həriflərdə əyrilik, cümlədə səf tapsaydı.
Ağız burun əyərək, istehzayla baxsaydı.
Hansi sözü deyərək, nece başa salardın?
Bəlkə ədib olsaydın, həyatınsa bir kitab
Ən çox hansı bölməni sevib təkrar yazardın.
Ya da hansi bölməni silib təzdən yazardın.
Hansı cümlə altından böyük imza atardın.
Kitab kimi yaşayıb hansı həzzi alardın
Hansı dərəcədə razı qalardın
Sənin haqqında danişan kitab.
Səni oxucuya çatdıran zaman?