1. Gecə qida qəbul etməkdən çəkin və 1-2 həftə ərzində ac qarına yat. Buna riayət etməklə sən yüngül və aydın yuxular görəcək və hər səhər yuxudan gözəl əhval-ruhiyyədə ayılacaqsan.
2. Bir həftə qaməti dikəldərək gəz və otur. Buna riayət edərək görəcəksən ki, hafizən necə güclənəcək və sən daha tez qavramağa başlayacaqsan.
3. Dükandan alınmış limonad və istənilən qazlı suyu içməkdən çəkin. Buna riayət edərək görəcəksən ki, adi su nə qədər dadlıdır və susuzluğu yatırmaq üçün elə də çox su içməyə gərək qalmır.
4. İki həftə ərzində kofe və çay içməməyə çalış. Görəcəksən ki, ətrafdakı hər şey səni sevindirir, sakitcə yuxuya gedir və dərin yatırsan. Gərginliklərin azalacaq, üz qırışların hamarlaşacaq və əsəbilik çəkilib gedəcəkdir.
5. Bir adamla görüşərkən "Yaxşı, hə ... yaxşı!" deməyi tərgit. Bunu etməklə görəcəksən ki xudahafizləşmək nə qədər yüngül və xoşagələndir.
6. Yeməyə iki ədava qatmamaq: Duz və istiot. Görəcəksən ki, qida qəbul etməyin 2-3 dəfə azalacaq. Bir-iki həftə ərzində bədənin şişməyi dayanacaq, bir ay sonra heç xəbərin olmadan, bir də ayılacaqsan ki, arıqlamısan. (Bu məsləhət artıq çəkisi olanlara aiddir).
7. Xoşuna gəlməyən biri varsa, hər onu xatırladıqda, həmin adama xəyalən ən gözəl hədiyyəni bağışla. Bunu düşünərkən onun nə qədər sevincli olmasını da xəyal et. Bir də görəcəksən ki, ikiniz arasında xoş münasibət yaranıb.
8. Yatmağa bir saat qalmış televizor və kompüteri söndür. Arzularını və incəsənət impulslarını görəcəksən.
9. İki həftə ərzində telefondan ancaq zəruri işlər üçün istifadə et.
10. Hər dəfə siqaret çəkmək istədikdə, siqaret əvəzinə alma, portağal, banan götür və ya bir stəkan su iç. İki həftə sonra özünü ikiqat möhkəm, davamlı və güclü hiss edəcəksən.
11. Elə ki səni maraqlandıran bir iş görmək istədin (fərqi yoxdur, birinci dəfə olsun, ya nadir hallarda sənə uyğun olmayan, lakin bəyəndiyin bir iş olsun) dərhal yerinə yetir. Yəni onun üstündə çox düşünmə. Çox düşündükcə o işi görməmək üçün insan min bir bəhanə axtarır və tənbəlləşir.
12. Hər dəfə gülümsəməyə çalış, hər nə cür istəsən. Dosta, tanışa, qohuma, evdəkilərə... Düşünmə ki, onlar sənin haqqında nə düşünərlər. Bir müddət sonra görəcəksən ki, hər bir insanda bir doğmalıq hiss edirsən və onlara qarşı güvənin artır.
Fərid Abdullah