Qadin.NET / Vaginizmin müalicəsi zamanı uğura aparan 7 yol

Vaginizmin müalicəsi zamanı uğura aparan 7 yol

Vaginizmin müalicəsi zamanı uğura aparan 7 yol

1. Probleminizi tanıyın və azad olun

Cinsi münasibətin məqsədi həzz almaq və həzz verməkdir. Sağlam cinzi münasibətdə ağrı və göz yaşı olmur. Əgər, bu hallarla rastlaşırsınızsa, həkimə müraciət etməyi unutmayın.

 

2. Yaxşıca araşdırın

Vaginizm diaqnozu ginekoloq tərəfindən müayinnə zamanı qoyulur. Vaginizm diaqnozu qoyulan xəstələr müalicə üçün ətraflı araşdırma aparmalıdır. Bunun üçün etibarlı mənbələrdən məlumat etməli və yol göstərən videolara baxmalıdırlar. Müalicə zamanı məlumat olmaq həmişə daha yaşxı nəticələrə aparıb çıxarır.

Vaginizmin müalicəsi zamanı uğura aparan 7 yol

3. Vaginizmin müalicəsində inam faktoru

Vaginizmin  müalicəsi zaman inam ən vacib faktorlardan hesab olunur. Şəxsin özünə, terapevtə və müalicəsinə inamı uğura gedən yolun açarıdır. Özünü güvəndə hiss etmədiyiniz yerdə müalicəyə başlamayın. 

 

4. Səbrli olun

Günümüzdə vaginizm müalicəsi ilə 3-5 gün sağalmaq mümkündür. Bir çox xəstə illərlə çətinlik çəkdiyi üçün sağalmağa olan inamları ölür. Səbrləri tükənmiş olur. Müalicə zamanı müsbətə yüklənmək nəticə əldə etməyə kömək edir.

Vaginizmin müalicəsi zamanı uğura aparan 7 yol

5. Vaginizmdə " Ev tapşırıqları

Vaginizmin müalicəsi zaman genital bölgə ilə barışmaq, yalnış məlumatlardan xilas olmaq üçün müəyyən tapşırıqları yerinə yetirmək lazımdır. Toxunma, ayna, masaj və barmaq məşqləri müalicənin əsas hissəsi hesab olunur.

 

6. Bir-birinizi bağışlayın!

Vaginizim problemi zamanla cütlüklər arasında bəzi gərginliklərə, münaqişələrə səbəb olur. Bunun səbəbi çox vaxt məlumatsızlıq olur. Belə bir problemin varlığından xəbərsiz olmaq və ya qəbul etməmək cütlüklər arasında narazılıq yaradır. Bir-birinizə qarşı küskünlüyü kənara qoyub, bir-birinizi bağışlayın.

Vaginizmin müalicəsi zamanı uğura aparan 7 yol

7. Vaginizmdə yoldaş dəstəyi

Vaginizim iki tərəfin də problemidir, buna görə də bir-birinizə dəstək olaraq problemin öhdəsindən gələ bilərsiniz. Sevgi və anlayış hər çətinliyin öhdəsindən gələ bilər. Bir-birinizə dəstək olmağı unutmayın.

 

 

15 iyul 2018
GO BACK