Tərkibi:
3 ədəd yumurta
1,5 su st toz şəkər
2 su st un
1 paket qabartma tozu
150 qram otaq istiliyində kərə yağı
2 y/q qatıq
2 ç/q darçın
1 ç/q mixək
1 ç/q kiçik hindistan qozu
1 ç/q portağal qabığı (sürtgəcdən keçirilmiş)
1 çay st təzə üzüm
1 çay st təzə doğranmış təzə incir
yarım çay st iri doğranmış qoz
Pendir kremi üçün:
200 qram labne pendiri
4 y/q pudra şəkəri
əncir
üzüm
qoz
Hazırlanması:
Yumurta və toz şəkər tamamilə əriyib qar kimi olana qədər çırpın.
Otaq istiliyində kərə yağını əlavə edərək çırpmağa davam edin.
Kərə yağı qarışdıqda qatıq əlavə edin və çırpın
Un, qabartma tozu, sürtgəcdən keçirilmiş hindistan qozu, mixək, darçın və sürtgəcdən keçirilmiş portağal qabığı əlavə edərək çırpın.
Doğradığınız əncir, üzüm və qozu da əlavə edərək qarışdırın.
Qəlibi yağlayın və qarışımı içinə tökün.
180 dərəcə əvvəlcədən isidilmiş sobada içi quru çıxana qədər (təxminən 40-45 dəqiqə) bişirin.
Bişən keksi soyumağa qoyun və tamamilə soyuyana qədər qəlibdən çıxarın.
Labne pendiri və pudra şəkərini çırpın. Keksin üstünə kremi köməyi ilə yayın və meyvələrlə bəzəyərək servis edin.