Tərkibi:
2 su st ələnmiş un
1 ədəd böyük boy yumurta (sarısı xəmiri, ağı xaricinə)
100 qram soyuq kərə yağı
3-4 y/q soyuq su
4 y/q pudra şəkəri
7-8 ədəd iri çiyələk
üstü üçün:
yer fıstığı
bal
Hazırlanması:
Una soyuq kərə yağını və pudra şəkərini əlavə edərək barmaq uclarınızla bütün qarışım qum kimi olana qədər yoğurun.
Qum kimi olan un qarışımına 1 yumurta sarısını və 3 yemək qaşığı soyuq suyu əlavə edərək yoğurmağa başlayın. Lazım olarsa, 1-2 qaşıq su əlavə edin.
Xəmiri yoğurduqdan sonra yağlı kağızın üstündə oxlo ilə açın.
Xəmiri 1-1,5 sm qalınlığında, cırmadan diqqətli formada açın və yağlı kağızla birlikdə soba listinə qoyun.
Dilimlədiyiniz çiyələkləri xəmirin ortasına qoyun və xəmirin kənarlarında 3 barmaq boşluq qalana qədər yayın. Boş buraxdığınız qıraqlarını çiyələklərin üstünə qatlayın.
Yumurta ağını fırça ilə kənarlarına çəkin və yer fıstığı səpin.
180 dərəcədə əvvəlcədən isidilmiş sobada kənarları qızarana (təxminən 30 dəqiqə) qədər bişirin.
Bişən tartı sobadan çıxarıb, üstünə bal gəzdirin. İlıq və ya soyuq servis edin.