Qadin.NET / "Şokoladlı albalı" tortu (foto resept)

"Şokoladlı albalı" tortu (foto resept)

Bildiyiniz kimi bu gün Azərbaycanın ilk milli qadın portalı Qadin.Net-in 10 ili tamam olur. 

Bu əlamətdar günümüzdə sizin ixtiyarınıza "Şokoladlı Albalı" tortunun reseptini təqdim edirik.

Tərkibi:

 

Keks xəmiri üçün:

5 ədəd yumurta

3/4 su st un

3/4 su st toz şəkər

4 y/q buğda nişastası

1/5 ç/q duz

1 ç/q vanil

1/2 su st şəyirdəksiz albalı

 

Şokolad sousu üçün:

2 su st süd

3 y/q toz şəkər

90 qram bitter şokolad

1 y/q un

2 ç/q kakao

1 ç/q kərə yağı (parlaqlıq vermək üçün)

1/2 çəyirdəksiz albalı

 

Bəzəmək üçün:

10 ədəd albalı

 

Hazırlanması:

Yumurta sarı və ağlarını ayırıb, ayrı qablara qoyun.

Yumurta sarılarının olduğu şüşə qabı qaynamaqda olan suyun olduğu qazanın üstünə qoyun. Yumurta sarılarının üstünə toz şəkər əlavə etdikdən sonra əriyənə qədər qarışdırıb benmari üsulu bişirin. İlıq olduqdan sonra qırağa qoyub vanil əlavə edin.

Ayrı qabda olan yumurta ağlarını çox az duz əlavə edərək köpürməsi üçün çırpın. Qatılaşdırmağa çalışın. 

Un, nişasta, kakao və duz kimi quru ərzaqları qaba əlavə etdikdən sonra bayaq hazırladığını yumurta sarılarını əlavə edib qarışdırın.

Qatılaşmış yumurta ağlarına quru ərzaqları az-az əlavə edib, qarışdırın. Suyu süzülmüş xəfif unlanmış albalı dənələrini əlavə edin.

Kek qarışımını xəfif yağlanmış yağlı kağız sərili qaba boşaldın. Üstünü düzəldib əvvəlcədən isidilmiş 180 dərəcədə 30 dəqiqə bişirin.

 

"Şokoladlı albalı" tortu (foto resept)

 

 

Şokoladlı sousu hazırlamaq üçün; süd, toz şəkər və kakaonu dərin qaba əlavə edin.

Ərzaqları çırpdıqdan sonra bitter şokoladı və kərə yağını əlavə edin. Aşağı dərəcədə davamlı qarışdıraraq  tündləşənə qədər bişirin. Çəyirdəksiz albalıları da sousa əlavə edin. 

Sobadan çıxardıqdan sonra keksi servis qabına qoyun. Bir daha qarışdırdıqdan sonra ilıq şokoladlı sousu kekin üstünə gəzdirin. Albalılarla bəzəyib soyuduqdan sonra servis edin.

 

"Şokoladlı albalı" tortu (foto resept)
Nuş olsun!

 

4 fevral 2019
GO BACK