Tərkibi:
Un - 200 q.
Şəkər tozu - 150 q.
Yumurta - 2 ədəd
Süd - 180 ml.
Kişmiş - üzüm qurusu - 250 q.
Soda - 15 q. - söndürülmüş
Vanilin - 1 paket
Krem üçün:
Qaymaq - 800 q. 30 % - li
Şəkər kirşanı - 150 - 250 q.
Vanilin - 1 paket
Üzəri üçün:
Qara şokolad - 150 - 200 q.
Hazırlanması:
Əvvəlcə yumurtanın ağını sarısından ayırın.
Ayırdığınız ağları mikser qabına tökün. Sarılarını isə tamamilə kənar bir qaba tökün.
İndi isə mikseri işə salırıq. Yumurta ağlarını köpüklənənədək çalırıq.
Bu ərəfədə şəkər tozunu da əlavə edirik.
İndi isə üzüm qurusunu qaynar suda isladırıq.
Sonra bu üzüm qurusunu suyunu süzüb əlimizlə sixiriq ki, sulu qalmasin.
Daha sonra blenderdə əzirik.
İndi blenderdəki üzümün üzərinə süd əlavə edirik,
Sonra sirkə ilə ya da limon turşusu ilə söndürülmüş soda əlavə edirik.
Bir daha qarışdırılır və çalınmış yumurtanın üzərinə əlavə edirik. Sonra bir dəqiqə yenə mikserlə çalırıq.
İndi isə unu əlavə edirik. Unutmayın, bu ərəfədə mikserdən istifadə etməyəcəyik.
Vanilini əlavə edin və bır daha yaxşıca qarışdırın.
Qabı yağlayıb unlayırıq, hazır xəmırı qaba tökürük.
200 dərəcədə isidilmiş sobada 15-17 dəqiqə bişməyə qoyuruq.
Soyumuş biskviti bıçaq vasitəsi ilə üç hissəyə bölürük.
İndı isə keçirik kremin hazırlanmasına.
Kərə yağını mikserlə yaxşıca çalıb üzərinə vanilin və şəkər kirşanı əlavə edin. Sonra qaymağı əlavə edib, yaxşı çalırıq.
Əgər nəmli biskvit sevirsinizsa, onda biskvitləri bir azca şirin vanilli su ilə nəmləyin.
Mikserdə qarışdırdığımız qaymaqlı kremi biskvitin üzərinə və yanlarına çəkirik.
Eyni qayda ilə biskvitin 2 -ci və 3-cü hissələrini də nəmləyirik və kremləyirik.
İndi isə şokoladı bıçaq vasitəsi ilə sıyırın.
Yada kı, sürtgəcdən keçirin və tortun üzərinə səpin.
Sonra 3 - 4 saat soyuducuya qoyun ki, həm əriməsin, həm də dadlı olsun. Səhərə qədər dursa lap yaxşı olar.
Zövqə görə bəzək vurub süfrəyə verə bilərsiz.
Ya da ki, öz zövgünüzə görə bəzək verib süfrəyə verə bilərsiz.
Bu da kəsilmiş halda iç qörünüşü.