Qadin.NET / "Spartak" tortu (foto resept)

"Spartak" tortu (foto resept)

Tərkibi:

Un - 530 q.

 Qəhvəyi rəngli şəkər tozu - 180 q.

Soda - 1 ½ ç. q.

Qabartma tozu - 1 ç. q.

"Best Cow" kərə yağı- 100 q.

Yumurta - 2 ədəd 

Kakao - 3  x. q.

Bal - 2 x. q.

Krem üçün: 

Qatlaşdırılmış süd - 1 qutu

Süd - 600 ml.

"Best Cow" kərə yağı- 250 q.

Qoz ləpəsi - 150 q.

Qarğıdalı nişastası - 50 q.

Vanilin - 1 paket

Moruq - 500 q.

  Üzəri  üçün:

Qoz - 100 q.

Şokolad - 100 q.

Moruq

Duru yağ - 2 x. q.

Hazırlanması:   

"Spartak" tortu (foto resept)

 Qaba yağ, bal və şəkər tozu, əlavə edərək xəmiri hazırladığımız qabı qazın üstünə vam odun üzərinə yerləşdiririk.

Və əl çırpması ilə yağnan bal əriyənə qədər qarışdırırıq.

İndi bizə su hamamı lazım olacaq. İri bir qazana su tökülərək odun üzərinə qoyulur, xəmiri hazırladığımız qabı qazanın üzərinə yerləşdiririk.

 "Spartak" tortu (foto resept)

Çaldığımız kütlənin üzərinə çalınmış yumurta və sodanı əlavə edin.

Bu qarışımı su hamamı üzərində 7 dəqiqə qarışdırırıq. 

"Spartak" tortu (foto resept)

Hazır kütləni su hamamı üzərindən götürüb un, kakao və qabartma tozu əlavə edib xəmir hazırlayırıq.

Sonra xəmirin üzərinə sellofan çəkib, 1 saat soyuducuda saxlayırıq.

"Spartak" tortu (foto resept)

Xəmiri kündələrə ayırırıq.

"Spartak" tortu (foto resept)

İndi, azca un səpib yağlı kağiz üzərində və sallofan altında yayırıq.

"Spartak" tortu (foto resept)

Qıraqların kəsirik, çiy xəmirimizi formaya salırıq ki, sonda səliqəli alınsın.

180 dərəcədə hazır olana qədər bişiririk. Yəni 6 - 7 dəqiqə.

"Spartak" tortu (foto resept)

Eynı qayda ilə, hamısını bişirib yığırıq. 

"Spartak" tortu (foto resept)

Bu ərəfədə qoz ləpəsi yuyulur, sonra yağlı kağız sərilmiş formaya yaxşıca yayılır.

Yayılmış ləpənin üzərinə bir az şəkər tozu səpilir. İsti sobaya qoyulur, tam quruyana qədər.

Sonra bıçaqla, olduqca xırda - xırda doğrayın.

"Spartak" tortu (foto resept)

İndı isə, keçirik kremin hazırlanmasına:

500 ml. Südü və qatlaşdırılmış südü bir qazanda qaynadırıq.

"Spartak" tortu (foto resept)
Başqa bir qabda 100 ml. südü və qarğıdalı nişastası qarışdırılır.
"Spartak" tortu (foto resept)
Sonra bu nişastalı südü, qaynayan südün içinə əlavə edirik.
Və durmadan qarışdırmaq lazımdır ki, həm krem qatılsın, həm də qazanın dibi yanmasın.
"Spartak" tortu (foto resept)
Krem tam hazır olanda altını söndürün və üzərinə sallofan çəkin ki, kremin üzü qurumasın.
"Spartak" tortu (foto resept)
Krem tam soyanda, yağı mikserlə çalırıq.
"Spartak" tortu (foto resept)
İndi soyumuş kremi və çalınmış yağı birləşdiririk.
"Spartak" tortu (foto resept)

Kremi mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Soyudulmuş biskvitə bir qədər krem çəkib üzərinə yuyulmuş  moruqları düzürük,

sonra çəkilmiş və ya doğranmış qoz ləpəsi səpirik.

"Spartak" tortu (foto resept)
Biskvitin ikinci hissəsini meyvə üzərindən qoyuruq.

Eyni qayda ilə, sona qədər təkrarlayın, krem çəkin, sonra moruq və ləpə. 

İndi isə, biskvitin kənar hissələrini kremləyirik.

"Spartak" tortu (foto resept)

Tortun üzəri üçün şokoladı su hamamında əridirik, və 2 x. q. duru yağ əlavə edib, yaxşı qarışdırın.

Bir azca soyusun, sonra kremlənmiş biskivitin üzərinə əridilmiş şokolad yayılır.

"Spartak" tortu (foto resept)

Moruqları tortun mərkəzinə yerləşdiririk.

Kənar hissələrinə isə, sobada qurutduğumuz xırda doğranmiş şirin qoz ləpələrini səpirik.

Ya da ki, öz zövgünüzə görə bəzək verib süfrəyə verə bilərsiz.
"Spartak" tortu (foto resept)
Nuş olsun!
  (Tərcümə edilib)
14 avqust 2016
GO BACK