Tərkibi:
Əvvəlcə 10 ədəd yumurtanın ağını sarısından ayırın.
Ayırdığınız ağları mikser qabına tökün.
Yumurta ağlarını 1 çimdik duzla köpüklənənədək çalırıq.
İndi isə, başqa bir qabda yumurta sarılarını yaxşı çalırıq.
Qarışımın üzərinə az-az un əlavə edirik və xəmiri qaşıqla aşağıdan yuxarı doğru ehtiyatla qarışdırırıq.
Sonra çalınmış yumurta ağlarının yarısını bu qarışıma əlavə edirik.
Multivarkanın qabını kərə yağı ilə yağlayırıq. Xəmirimizi içinə əlavə edirik.
Amma sobada da bişirmək olar.
Biskiviti bişirəcəyimiz qabı yağlayırıq, bir az un səpib alınan qarışığı əlavə edirik, 180 dərəcədə 35 - 40 dəqiqə bişir.
Biskvit bişən müddətdə sobanın qapısını açmaq olmaz.
Hazır biskviti soyutduqdan sonra iki bərabər hissəyə bölürük.
İndi isə kremi hazırlayaq:
Soyuq qaymaq şəkər kirşani ilə çalınır.
Biskviti əvvəlcə şirə ilə isladın. Əgər nəm biskvit sevirsinizsə. (mürəbbə şirəsi)
Soyudulmuş, nəmlənmiş biskivitə hazır qaymaği çəkirik.
Çiyələkləri yuyub quruduruq. Əgər çiyələklər böyükdürsə iki hissəyə bölə bilərsiniz.
Əgər kiçikdirsə, bütöv də istifadə edə bilərsiniz.
Çiyələkləri kremin üzərinə düzürük.
Sonra ikinci biskiviti qoyub üzərinə mürəbbə şirəsini əlavə edirik.
İndi isə biskvitin kənar hissələrini kremləyirik.
Sonra üzərini zövqə görə bəzəyə bilərsiniz.
Bəzək üçün şokoladı su hamaminda əridirik.
Perqament kağızını konus şəklində büküb, içərisinə əridilmiş şokoladı doldurun.
Və ucunu nazik kəsərək tortun üzərinə istədiyimiz naxışı vururuq.
Çiyələkləri yuyub quruduruq, sonra əridilmiş şokolada batirin və düz qabin içinə qida selofani sərin.
Və üzərinə yiğin hazir şokolada batirilmiş çiyələkləri.
Sonra soyuducuya yerləşdiririk (10 - 15 dəqiqə).
Sonda hazır tortun üzərinə çiyələkləri düzürük və əridilmiş ağ və qara şokolad gəzdiririk.