Qadin.NET / "Boston" tortu(foto resept)

"Boston" tortu(foto resept)


Tərkibi:

 Un-125 q

Yumurta-4 ədəd

Şəkər tozu-150 q

Qabartma tozu- 1 paçka

Limon suyu-1 ç.q

"Zeytun bağları" zeytun yağı- 3 x.q

Qaymaq-50 q

Şokolad-100 q

Krem:

Süd- 500 ml

Yumurta- 2 ədəd

Şəkər tozu- 100 q

"Best Cow" kərə yağı- 50 q

Vanilin- 1 paçka

Nişasta- 30 q

Hazırlanması:

Südün üzərinə vanilin əlavə edib qarışdırırıq. Şəkər tozu ilə yumurtanı mikserlə yaxşı-yaxşı çalıb sonra üzərinə nişasta əlavə edirik. Sonra ilıq südü yumurtalı qarışığın üzərinə yavaş-yavaş əlavə edərək qarışdırırıq.

Sonra zəif odda qaynayana qədər qarışdırırıq.

Lakin qaynatmaq olmaz.

"Boston" tortu(foto resept)

Sonra oddan götürüb, üzərinə kərə yağı əlavə edib yenidən qarışdırmaq lazımdır.

"Boston" tortu(foto resept)
 Üzərinə bağlayıb soyumasını gözləyirik. 

Bir qaba un, 50 q şəkər tozu və qabartma tozu əlavə edib qarışdırırıq.

"Boston" tortu(foto resept)

Sonra yumurtanın sarısını, limon suyunu və zeytun yağını qarışdırırıq.

Yumurtanın ağını qalan 100 q şəkər tozu ilə mikserlər 5-7 dəqiqə qarışdırmaq lazımdır.

Sonra yumurta sarısı olan qarışığın üzərinə yavaş-yavaş əlavə edib qarışdırıq.

"Boston" tortu(foto resept)

Sonra unu əlavə edib qarışdırırıq.

"Boston" tortu(foto resept)

170 dərəcədə 30-40 dəqiqə bişiririk.

"Boston" tortu(foto resept)

Hazır biskiviti 2-3 yerə bölürük.

"Boston" tortu(foto resept)

Hər biskivitin arasına krem çəkirik. Üzəri üçün şokoladı əridib qaymaq əlavə edib qarışdırırıq.

"Boston" tortu(foto resept)

Və tortun üzərinə əlavə edirik. 

"Boston" tortu(foto resept)

Nuş olsun! 

13 aprel 2016
GO BACK