Qadin.NET / Biskvitli "Tiramisu"tortu(foto resept)

Biskvitli "Tiramisu"tortu(foto resept)

Tərkibi:

Yumurta- 6 ədəd

Şəkər tozu-250 q

Un- 150 q

Vanilin-1 paket

Qabartma tozu-1 paket

Qaymaq-350 ml

Şəkər pudrası-100 q

Şokolad-200 q

"Best Cow" kərə yağı-450 q

Hazırlanması:

İlk olaraq yumurtanı şəkər tozu ilə yaxşı-yaxşı mikserlə ağarana qədər çalırıq.

Sonra üzərinə vanil və qabartma tozu qarışdırılmış un az-az əlavə edərək qarışdırırıq.

Bişirəcəyimiz qaba əlavə edib 180-dərəcədə 25-30 dəqiqə bişiririk.

Bişdikdən sonra biskiviti 3 hissəyə bölürük. Kremi hazırlayırıq.

İlk olaraq qaymağı mikserlə qarışdırırıq. Sonra kərə yağını şəkər pudrası ilə qarışdırıb qaymağın üzərinə əlavə edirik.

Bu dəfə qaşıqla yavaş-yavaş qarışdırırıq. Bu zaman krem daha zərif və yumşaq olur.

Şokoladı su hamamında əridib üzərinə 100 q kərə yağı əlavə edib mikserlə qarışdırmaq lazımdır.

 

Biskivitlərin arasına krem çəkib üzərini və yanlarını şokoladla bəzəyə bilərsiniz.

Tiramisu tortumuz hazırıdır.

Nuş olsun!

16 dekabr 2015
GO BACK