Qadin.NET / Kəsmikli tort (foto resept)

Kəsmikli tort (foto resept)

Tərkibi:

Kəsmik-400 q

Şəkər tozu- 2 stəkan

Yumurta- 4 ədəd

Soda- 2 ç.q

Un- 2,5-3 stəkan

Qarğıdalı nişastası- 1 x.q

Süd- 900 ml

"Bes Cow" kərə yağı- 300 q

Vanil-2 paçka

Limon suyu- 1 x.q

Qoz-150-200 q

Hazırlanması:

Kəsmiyi 1 stəkan şəkər tozu ilə yaxşı-yaxşı qarışdırırıq.

Kəsmikli tort (foto resept)

Üzərinə yumurtaların sarısını əlavə edirik. Sodanı limon suyu ilə qarışdırıb əlavə edirik.

Kəsmikli tort (foto resept)

Qarışdırıb 20-30 dəqiqə gözləyirik. Sonra unu yavaş-yavaş əlavə edib qarışdırırıq.

Kəsmikli tort (foto resept)

Əlimizdə yumşaq xəmir alınana kimi unu əlavə edirik.

Kəsmikli tort (foto resept)

Alınan xəmiri 10-12 hissəyə bölüb xırda kündələr edirik.

Kəsmikli tort (foto resept)

Sonra yayıb 180 dərəcədə bişiririk. 4-5 dəqiqə ərzində bişir. Kremi hazırlayırıq. Yumurta ağlarını 1 stəkan şəkər tozu və vanillə yaxşı-yaxşı qarışdırırıq. 1 stəkan soyuq südə 2 x.q un və 1 x.q nişasta əlavə edib qarışdırırq ki, tam həll olsun. Sonra isidilmiş südün üzərinə əlavə edib dəyanmadan qarışdırırıq.

Kəsmikli tort (foto resept)

Süd qaynadıqda yumurta ağından hazırladığımız məhlulunu qarışdıraraq əlavə edirik. 5-7 dəqiqə qarışdıraraq bişirdikdən sonra oddan götürüb soyuduruq. Sonra ev şəraitində olan kərə yağını mikserlə 5-6 dəqiqə qarışdırmaq lazımdır.

Kəsmikli tort (foto resept)
Soyuyan kremi az-az əlavə edib mikserlə qarışdırırıq. Alınan kremi bütün layların arasına çəkirik.
Kəsmikli tort (foto resept)

Zövqə görə layların arasına xırdalanmış qoz da səpə bilərsiniz. Üzərini isə zövqə görə ya qozla, ya da layların birini blenderdən keçirib bəzəyə bilərsiniz.

Kəsmikli tort (foto resept)

Kəsmikli tortumuz hazırdır.

Kəsmikli tort (foto resept)

Nuş olsun!

9 dekabr 2015
GO BACK