Qadin.NET / Ballı tort (foto resept)

Ballı tort (foto resept)

Tərkibi:

Süd- 0,5 stəkan

Bal- 3 x.q

Şəkər tozu- 1 stəkan

"Best cow" kərə yağı- 4 x.q

Qabartma tozu- 2 ədəd

Kakao- 5 x.q

Yumurta- 1 ədəd

Un- 2,5 stəkan

Krem-1

Un- 4 x.q

Qarğıdalı nişastası- 3 x.q

Süd- 2 stəkan

Şəkər tozu- 0,5 stəkan

Yumurta sarısı- 3 ədəd

Vanil- 1 ədəd

"Best cow" kərə yağı-2 x.q

Qaymaq- 1 stəkan

Krem-2

Bişmiş qatılaşdırılmış süd- 250- q

"Best cow" kərə yağı-50 q

Xama- 0,5 stəkan

Jelatin- 3 ədəd

Hazırlanması:

İlk öncə su vannasında yağı əridirik. Üzərinə kakao, şəkər tozu, bal və südü də əlavə edirik. Yağ və şəkər tozu əriyənə qədər az-az qarışdırmaq lazımdır. Üzərinə 2 paket qabartma tozu əlavə edib yenidən qarışdırırıq. Yumurtanı da əlavə edib cəld qarışdırmaq lazımdır ki, yumurta bişməsin. Qazanı oddan götürürük və 5 dəqiqə soyumasını gözləyirik.

Ballı tort (foto resept)

Az-az un əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Əlimizə yapşmayan bir xəmir yoğururuq.

Ballı tort (foto resept)

Alınan xəmiri 10 hissəyə ayırırıq.

Ballı tort (foto resept)

Və onları yayıb üzərini çəngəl ilə bir neçə yerdən deşib 180 dərəcədə 4-6 dəqiqə bişiririk. Kremi hazırlayırıq. Südün üzərinə vanil əlavə edib qızdırırıq. Qəti qaynatmaq olmaz. Südün üzərində köpüklər əmələ gələn kimi oddan götürürük. Yumurta sarılarını şəkər tozu ilə yaxşı-yaxşı qarışdırmaq lazımdır. Sonra üzərinə nişasta və unu əlavə edirik. Sonra isti süddən bir az üzərinə əlavə edib yaxşıca qarışdırırıq. Qoyuruq odun üzərinə və dayanmadan qarışdıraraq südü yavaş-yavaş əlavə edirik. Krem qatılaşana qədər qarışdıraraq bişiririk. Qatılşadıqda kərə yağı əlavə edib yenə qarışdırırıq. Krem hazır olduqdan sonra soyuducuya qoyub soyumasını gözləyirik. Krem soyuduqdan sonra qaymağı da əlavə edib qarışdırırıq.

Ballı tort (foto resept)

Hər layın arasına krem çəkiririk.

Ballı tort (foto resept)

Üzərinə ağır bir əşya qoyub soyuducuya qoyuruq. Ən az 30 dəqiqə qalmalıdır. 2-ci kremi hazırlayaq. Kərə yağı ilə qatılaşdırılmış südü qarışdırırıq. Jelatini 3 xörək qaşığı isti suda əridirik. Üzərinə 1 xörək qaşığı xama əlavə edib qarışdırırıq. Sonra qalan xamanı da əlavə edib yenidən yaxşı-yaxşı qarışdırırıq. Bu qarışımı qatılaşdırılmış südün üzərinə əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Krem tez quruduğu üçün cəld hərəkət etmək lazımdır. Kremi hazırlayan kimi tortun üzərinə yanlarına tez-tez çəkmək lazımdır.

Ballı tort (foto resept)

Şəkildə gördüyünüz bu köpüklü salafandan əvvəlcədən kəsib hazırlayın.

Ballı tort (foto resept)

Kremi çəkən kimi tortun üzərinə və yanlarına yapışdırın. Soyuducuya bir neçə saatlıq qoyun. Tortu süfrəyə verməzdən əvvəl salafanı çıxarıb üzərini balaca şirin arılarla bəzəyin. 

Ballı tort (foto resept)

Ən dadlı ballı tortumuz hazırıdır.

Ballı tort (foto resept)

Nuş olsun!

15 noyabr 2015
GO BACK