Qadin.NET / Quru meyvəli keks (foto resept)

Quru meyvəli keks (foto resept)

 Quru meyvəli keks (foto resept)

Tərkibi:

"Best cow" kərə yağı-200 q

Şəkər tozu- 150 q

Yumurta-4 ədəd

Kişmiş- 150 q

Qara gavalı-100 q

Qaysı-100 q

Qoz ləpəsi-150 q

Un-300 q

Qabartma tozu- 1,5 ədəd

Vanil

Hazırlanması:

İlk öncə quru meyvələri isti suda 15 əqiqə saxlamaq lazımdır. Bu zaman quru meyvələr yumşalacaq və üzərində olan mikroblar məhv olacaq.

Quru meyvəli keks (foto resept)

Sonra quru meyvələri şəkildə gördüyünüz kimi xırda-xırda doğrayırıq.

Quru meyvəli keks (foto resept)

Kərə yağını xırda-xırda kəsib şəkər tozu ilə yaxşı-yaxşı qarışdırırıq. Üzərinə yumurta əlavə edib yenidən qarışdırırıq. Quru meyvələrimizi və qoz ləpəsini də əlavə edirik. Una qabartma tozu və vanil əlavə edib qarışdırırıq. Və quru meyvələrin üzərinə az-az əlavə edib qarışdırırıq. Xəmir bərk olmamalıdır. Qaymaq kimi olmalıdır. keksi bişərəcəyimiz qaba əlavə edib 180 dərəcədə 50 dəqiqə bişiririk.

Quru meyvəli keks (foto resept)

Quru meyvəli keksimiz hazırdır.

Quru meyvəli keks (foto resept)

Nuş olsun!

 

(Tərcümə edilib)

12 noyabr 2015
GO BACK