Qadin.NET / Qaymaqlı tort(foto resept)

Qaymaqlı tort(foto resept)

Tərkibi:

Qaymaq-200 q

Şəkər tozu- 180 q

Un-300 q

"Zeytun bağları" zeytun yağı-3 x.q

Kəsmik- 350 q

Qatılaşdırılmış süd-150 q

Limon -1 ədəd

Qara şokolad- 30 q

Soda-1ç.q

Sirkə-1ç.q

Vanilin

Hazırlanması:

Qaymağın üzərinə şəkər tozu, vanilin, sirkədə öldürülmüş soda əlavə edib qarışdırırıq.

Sonra zeytun yağı və un az-az əlavə edib qarışdırıb yumşaq xəmir hazırlayırıq.

Qaymaqlı tort(foto resept)

Xəmiri 4 hissəyə bölüb 0,5 mm qalınlığında açırıq.

Qaymaqlı tort(foto resept)

Uyğun boşqabla kəsirik. Kənardan çıxan xəmiri yenidən kündəliyib yayırıq.

Və beləliklə, 6 kündə əmələ gəlir. Bişirəcəyimiz qaba qoyub bir-bir bişiririk.

Qaymaqlı tort(foto resept)

Çəngəllə bir neçə yerdən deşmək lazımdır ki, şişməsin. Üzü qızarana kimi bişirmək lazımdır.

Qaymaqlı tort(foto resept)

Bütün layları bişirdikdən sonra soyumasını gözləyirik. Kremi hazırlayırıq.

Limonu təmiz-təmiz yuyub quruladıqdan sonra sürtgəcin xırda gözü ilə qabığını çıxarırıq.

Qaymaqlı tort(foto resept)

Limonun şirəsini çıxarırıq. Kəsmiyi qatılaşdırılmış süd, limon qabığı və şirəsi ilə yaxşı-yaxşı qarışdırmaq lazımdır.

Qaymaqlı tort(foto resept)

Krem kəmşirin alınır. Əgər şirinliyinin çox olmasını istəyirsinizsə, 2 xörək qaşığı şəkər pudrası əlavə edə bilərsiniz.

Qaymaqlı tort(foto resept)
Qaymaqlı tort(foto resept)

Kremi layların arasına və üzərinə bol-bol çəkirik. Üzərinə şokolod sürtgəcdən keçirib badamla bəzəyə bilərsiniz.

Kakos sevənlər şokolad yerinə kakos istifadə edə bilərlər.

Qaymaqlı tort(foto resept)

Sonra ən az 2 saat soyuducuda saxlamaq lazımdır. Lakin bir gecə saxlasanız daha yaxşı olar.

Qaymaqlı tort(foto resept)

Nuş olsun!

4 iyun 2015
GO BACK