Qadin.NET / Jeleli tort (foto resept)

Jeleli tort (foto resept)

Tərkibi:

200 q peçenye

500 q xama 

100 q "Möcüzə" paket yağı

150 q kəsmik 

120 q şəkər tozu

1 paket jelatin (10 q)

1 paket vanilin

1 ədəd limon

1 paket yaşıl rəngli jele (kivili)

Hazırlanması:

Jeleli tort (foto resept)

Peçenyeləri blenderdə yaxşı-yaxşı əzirik. Əvvəlcədən yumşaltdığımız yağı peçenyenin üzərinə əlavə edib qaşıqla qarışdırırıq. Sonra tortumuzu hazırlayacağımız qaba əlavə edib üzərini qaşıqla sıxaraq hamarlayırıq. 30 dəqiqəlik soyuducuya qoymaq lazımdır.

Bu arada jelatini hazırlayırıq. 100 q suya 1 paket jelatin əlavə edib 10 dəqiqə gözlədikdən sonra çox zəif odda qarışdıraraq 50 dərəcəyə qədər qızdırmaq lazımdır.

Jeleli tort (foto resept)

Qəti qaynatmaq olmaz. Kəsmiyi ələkdən keçirmək lazımdır ki, yumşaq və narın olsun. Sonra üzərinə şəkər tozu, xama və vanilin əlavə edirik. Limonu ortadan bölüb yarısının suyunu üzərinə sıxırıq və mikserlə şəkər tam əriyənə qədər çalırıq. Hazırladığımız jelatini əlavə edib qaşıqla yavaş-yavaş qarışdırmaq lazımdır. Sonra alınan kütləni peçenyenin üzərinə əlavə edib qaşıqla hamarlayırıq. Yenidən 2 saatlıq soyuducuya qoyuruq.

Jeleli tort (foto resept)

1 paket yaşıl rəngli jele götürüb üzərindəki təlimata görə hazırlayırıq. Lakin 100 q suyu azaltmaq şərti ilə. Jelemiz soyuduqdan sonra soyuducudan tortumuzu çıxarıb, üzərinə əlavə edib 4-5 saat ərzində yenə soyuducuda saxlayırıq. Süfrəyə verərkən üzərini limonla bəzəyə bilərsiniz.

Jeleli tort (foto resept)

Nuş olsun!

(tərcümə edilib)

20 may 2015
GO BACK