Qadin.NET / "Ağ şəhzadə" tortu (foto resept)

"Ağ şəhzadə" tortu (foto resept)

 

Tərkibi:

Yumurta -4 ədəd

 Şəkər- 200 qr

Buğda unu -160 qr

 "Möcüzə" paket yağı- 15 qr

Qaymaq -300 ml (30-33%-li)

Qabartma tozu

Toz şəkər 3 yemək qaşığı

Mascarpone pendiri -250g

Giləmeyvəli sirop - 0.5 stəkan

Badam-3 yemək qaşığı

Hazırlanması:

İlk əvvəl biskviti hazırlayaq. Bunu etmək üçün dörd yumurta ağını və sarısını ayıraq. Yumurta ağlarını yaxşı yaxşı mikserlə çalaq. Yumurta ağlarının yaxşı çırpılması üçün ləvazimatlar və mikser təmiz və quru olmalıdır və yumurta sarısı bir damla belə ağına qarışmamalıdır.

Yumurta ağlarına şəkər tozunu əlavə edib mikserin ən yüksək pilləsində çalmağa başlayaq.

Daha sonra mikserin aşağı sürətində ağ kütləni çalaq və bir-bir yumurta sarısı əlavə edək.

Yumurta sarıları ağa qarışdıqdan sonra az-az unu əlavə edib qaşıqla qarışdıraq.

Diametri 24 sm olan qabda 35 dəqiqə 180o bişirək. Hazır olan biskiviti ehtiyatla qabdan çıxarıb soyumağa qoyaq.

İndi isə krem hazırlayaq. Bunun üçün soyuq qaymağı qaba töküb mikserlə yavaş yavaş çalıb, bir-iki dəqiqədən sonra güclü rejimdə çalırıq.

Qaymağı mikserlə çalarkən 3 (təpəli) yemək qaşığı şəkər pudrasını əlavə edirik.

Daha sonra Maskorpone pendirini əlavə edirik. Mikserlə çalırıq krem tam hazır olur.

Soyuyan biskiviti iki yerə bölüb adi şəkərli su ilə nəmləndirik.

Kremin 1/3 hissəsini biskivitə çəkirik.

 

Qalan kremlə üzərini zövqə görə bəzəyirik. İstəyə görə üzərini giləmeyvə və badamla bəzəmək olar. Ağ şəhzadə tortu qonaqlarınızı heyran edəcək bir tortdu.

Buyurun, Nuş olsun. 
2 fevral 2015
GO BACK