Qadin.NET / Qəhvə və likörlu şokolad tortu (foto resept)

Qəhvə və likörlu şokolad tortu (foto resept)

Lazım olan ərzaqlar:

90 q şokolad (70%)

300 q un

2 çay qaşığı qabartma tozu

1/2 çay qaşığı soda

1/2 çay qaşığı duz

200q "Möcüzə" paket yağı

280 q (+3 yemək qaşığı) şəkər tozu

3 ədəd yumurta

100ml möhkəm qaynadılmış qəhvə

100 ml qəhvə likörü

Hazırlanması:

Un, qabartma tozu, soda və duz qarışdırılır. Mikserlə yumşaldılmış yağı çalıb şəkər tozunu əlavə edirik (3 yemək qaşığını əlavə etmirik). Şəkər tozu ilə yağı çaldıqdan sonra bir-bir yumurta sarısını və su hamamında əridilmiş şokoladı əlavə edin.

Qəhvə və likörlu şokolad tortu (foto resept)

Əvvəlcə likör əlavə edib qarışdırılır, sonra qaynadılmış və soyudulmuş qəhvə əlavə olunur.

 

Qəhvə və likörlu şokolad tortu (foto resept)

Hissə-hissə un əlavə olunur. Hər hissəni əlavə etdikdə qarışdırmaq lazımdı.

Qəhvə və likörlu şokolad tortu (foto resept)

Ayrı qabda yumurta ağını 3 yemək qaşığı şəkər tozu ilə çalıb qarışığa 2 dəfəyə elavə edin.

Qəhvə və likörlu şokolad tortu (foto resept)

Keks qabını kərə yağı ilə yağlayıb bir az un səpin. Qabın 2/3 hissəsinə qarışığı əlavə edin. Təxminən 30 dəqiqə 180o C-də isidilmiş sobada bişirin.

 

Qəhvə və likörlu şokolad tortu (foto resept)

Arada çöplə bişib-bişmədiyini yoxlayın. Su hamamında şokolad əridilir, yağ əlavə edilir və  hazır keksin üzərinə tökülür.

Qəhvə və likörlu şokolad tortu (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

9 dekabr 2014
GO BACK